• Beli qırıq badımcan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 19 348

Tarix : 3-07-2015, 14:00

Bölmə : Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq badımcan,

Köftəsi üçün:
400 q qiymə,
1 dənə quru soğan,
Bir az cəfəri,
2 yemək qaşığı suxarı,
Duz,
İstiot,
Raziyana,

Qızartmaq üçün:
zeytun yağı,

Sosu üçün:
1 şirniyyat qaşığı tomat,

Hazırlaması:
Badımcanları alacalı soyun.
Orta hissəsini bir az keçəcək şəkildə, tam qopartmadan 1.5 sm. qalınlığında dilimlər halında kəsin.
Badımcan yeməklərində acı suyu çıxsın deyə badımcanları mütləq duzlayıp gözləyin.
Badımcanları qızgın yağa atıb arxalı önlü qızardın.
Çevirərkən diqqat edin ki, dilimlər qopmasın.
Diğər tərəfdə köftəni yoğurun.
Kiçik yuvarlak köftələr yapıb , qızaran badımcan dilimlərinin arasına yerləşdirin. Köftələri çox yoğurmağa gərək yoxdur.
Badımcanları bir siniyə düzün.
Bir qaşıq tomatı , 1.5 su stəkanı suyla açaraq badımcanların üzərinə tökün.
Aralarına pomidor və bibər dilimləri qoyun. Üzərini aliminium folyo və ya yağlı kağızla bağlayıb 200 dərəcə qızdırılmış fırında 20 dəqiqəyə yaxın bişirin.
Daha sonra üzərini açıb , 15dəqiqə də o şəkildə pişirin.
Üzərinin qızarmasınaq çalışın.
Fırın tabağından servis qabına yığarkən də ehtiyatlı olun ki, badımcanlar bir-birindən aralanıb qırılmasınlar.

Nuş olsun!
Etiketlər: Badımcanları, şəkildə, dilimlər, qaşığı, badımcan, qoyun, dilimləri, bibər, pomidor, Üzərini, folyo, kağızla, bağlayıb, aliminium, yağlı, tökün, düzün, qaşıq, siniyə, yoxdur
BİZİ İZLƏYİN