• Qabırğa dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 677

Tarix : 13-06-2014, 20:41

Bölmə : Ət yeməkləri / Dolmalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram üst pərdəsi alınmamış qabırğa (istədiyiniz böyüklükdə)
1 xörək qaşığı kərə yağı
1 su stəkanı düyü
Bir yarım su stəkanı su
1 dəstə cəfəri
50 qram qaynadılmış və qovrulmuş badam, duz

Hazırlanması:
Əvvəlcə iç plovu hazırlayın. Bunun üçün, kərə yağını qazana qoyub əridin. Yuyulub suyu süzülmüş düyünü, badamı və duzu əlavə edin. 1-2 dəqiqə qovurub, bir yarım su stəkanı su əlavə edin. Qazanın qapağını örtüb az odda plov suyunu çəkənə qədər bişirin. Daha sonra qazanı oddan götürüb, plovun üzərinə az doğranmış cəfəri səpin. Qabırğanın qol qisimi ilə arasındakı boşluğa iç plovu doldurub tikin. Buxarlı qazanda ya da benmari üsulu 6-8 saat bişirib servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, cəfəri, plovu, əlavə, yarım, plovun, götürüb, üzərinə, doğranmış, suyunu, oddan, çəkənə, sonra, bişirin, səpin, örtüb, qazanı, qədər, qisimi, üsulu
BİZİ İZLƏYİN