• Pomidorlu kabab resepti

Reseptin məlumatları Baxış sayı: 18 931

Tarix : 29-12-2017, 23:30

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
125 qram quzu əti (boşluq qisimindən)
2-3 ədəd orta ölçülü pomidor
Duz

Hazırlanması:
Quzu ətini robotda iri çəkin. Üzərinə duz əlavə edib yüngülcə yoğurun. Daha sonra altı hissəyə ayırın. Hər hissəni rulo edib, ortasına yüngülcə basdıraraq iplik çarxı şəklinə gətirin. Pomidorları dördə bölün. 2 ədəd kvadrat şişə, 1 pomidor 1 küftə olacaq şəklidə keçirin. Manqalda kömür odunda ağır-ağır bişirin. Sumaqlı soğan və yarma plovu ilə servis edin.

Nuş olsun!
Etiketlər: pomidor, yüngülcə, şəklidə, keçirin, Manqalda, olacaq, kvadrat, Pomidorları, dördə, bölün, küftə, kömür, plovu, servis, olsun, yarma, soğan, odunda, bişirin, Sumaqlı
BİZİ İZLƏYİN