• Ətli çiy börək resepti

Reseptin məlumatları Baxış sayı: 23 871

Tarix : 27-12-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 3 stəkan
Sirkə – 1 x/q.
Duz – zövqə görə
Su – apardığı qədər
Zeytun yağı – 2 x/q.

İç üçün:
Çəkilmiş ət – 250 qr.
Soğan – 1ədəd
Duz-istiot – zövqə görə
Su – 4-5 x/q.

Hazırlanması:
Böyük qaba unu, duzu, sirkəni, yağı, suyu əlavə edib, xəmir yoğurun. Sonra onun üstünü nəm dəsmalla örtüb, 15-20 dəqiqə kənara qoyun.
Bu vaxt ərzində ətə duz və istiot əlavə edin. Soğanı ya sürtgəcdən keçirib, ya da xırda-xırda doğrayıb, ora əlavə edin.
Dinlənən xəmirdən (qozdan bir qədər iri) kündələr ayırın. Həmin kündələri açın.
Açdığınız xəmirin bir tərəfinə 1 x/q. qiymə qoyun və qaşığın tərsiylə yayın.
Xəmirin o biri tərəfi ilə üzərini örtüb, qıraqlarını möhkəm bağlayın.
Börəklərin hər iki üzünü dərin tavada, bol yağın içində qızardın. Yemək hazırdır!

Nuş olsun!
Etiketlər: əlavə, xırda, istiot, qoyun, qədər, örtüb, zövqə, yayın, tərsiylə, Xəmirin, qaşığın, tərəfinə, kündələri, Həmin, Açdığınız, xəmirin, tərəfi, qiymə, möhkəm, içində
BİZİ İZLƏYİN