• Krım qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 22 912

Tarix : 15-06-2014, 01:47

Bölmə : Ət yeməkləri / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Un – 500 qr
Bitki yağı – 5-6 damc
Su – təxmini 250 ml (xəmir nə qədər apardı)
Duz – bir çimdik

İç üçün:
Çəkilmiş ət – 300 qr
Baş soğan – 150 qr
Su və ya varsa ət bulyonu – 4-6 x/q
Cəfəri
Duz
İstiot
Qutabları qızartmaq üçün bitki yağı

Hazırlanması:
Xəmirin yoğrulması:
Unu ələyib, bir çimdik duz və 5-6 damcı bitki yağı əlavə edirik. Xəmiri yaxşıca ovuşdururuq.
Sonra suyu unun üzərinə hissə-hissə tökərək, xəmiri yoğurmağa başlayırıq. Yoğrulandan sonra xəmiri dincə qoyuruq (40-60 dəqiqə).

İçin hazırlanması:
Soğanı soyub, ya blenderdən, ya da ətçəkən maşından keçirib, qiyməyə qatırıq.
Sonra cəfərini də doğrayıb, ətə vururuq. Duz-istiot əlavə edirik. Sonra qiyməni yaxşı-yaxşı qarışdırırıq. Ona bulyon və ya suyu töküb, yenə qarışdırırıq. Qiymə 30 dəqiqə soyuducuda saxlanılmalıdır.
Dincə qoyulmuş xəmiri hər biri təxminən 60 qr. olmaqla bərabər hissələrə ayırırıq.
Onları əllə yumrulayırıq və oxlov vasitəsilə açırıq. Xəmirlərin hər birinə 2 x/q iç qoyub, örtürük.
Çəngəl vasitəsilə kənarlarını “möhkəmlədirik”. Qutabları qızılı rəng alana kimi qızardıb, masaya təqdim edirik.

Nuş olsun!
Etiketlər: xəmiri, Sonra, edirik, dəqiqə, qarışdırırıq, bitki, vasitəsilə, hissə, əlavə, yaxşı, Qutabları, çimdik, doğrayıb, Dincə, qoyulmuş, olsun, cəfərini, təxminən, saxlanılmalıdır, vururuq
BİZİ İZLƏYİN