• Ət piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 44837

Tarix : 17.06.2014, 01:07

Bölmə : Ət yeməkləri, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kartof xəmiri üçün:
3-4 ədəd (200 qram) kartof
80 qram kərə yağı
0,5-0,75 stəkan un
Bir çimdik duz

İç üçün:
500 qram mal əti (farş)
2 ədəd soğan
1 diş sarımsaq
2-3 ədəd bolqar bibəri
Duz, istiot
Cövüz
Qırmızı istiot
Kərə yağı ilə bitki yağın qarışığı

Xəmir şirəsi üçün:
3 x.q. xama
150 ml süd və yaxud qaymaq (10%)
3 ədəd yumurta
2 x.q. tomat pastası

Hazırlanması:
Kartofu təmizləyib duzlanmış suda bişirib, püre hazırlayın.
Üzərinə kərə yağı əlavə edib yaxşıca qarışdırın. Sonra üzərinə un əlavə edib yumşaq xəmir yoğurun.
Bişirmək üçün xüsusi forma qabına yağ sürtüb xəmiri yerləşdirin.
Əlinizə və barmaqlarınıza un vurmaqla, xəmir yapışmasın deyə, forma qabında xəmirin içini dərin saxlamaqla, xəmirin kənarlarını qabın ətrafına bərkidin.
Xəmiri forma qabı ilə birlikdə 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Bolqar bibərin içini təmizləyib nazik uzunsov formada doğrayın.
Soğanı təmizləyib, xırda-xırda doğrayıb 2-3 dəqiqə ərzində yağda qovurun.
Sonra üzərinə bibəri əlavə edib 5-6 dəqiqə ərzində qarışdıraraq qızardın. Üzərinə duz, istiot səpin.
Qızardılmış bibəri boşqaba yerləşdirin.
Mal ətini ət maşınından keçirib (farş), tavaya yağ töküb 10 dəqiqə ərzində qarışdıraraq qovurun. Üzərinə duz, istiot səpin.
Sonra qızardılmış bibəri hazırladığınız farşla qarışdırıb, üzərinə bir az qırmızı istiot, cövüz əlavə edib qarışdırın. İstəsəniz üzərinə xırda doğranılmış göyərti də əlavə edə bilərsiz.
Sonra hazırladığınız həmin bu kütləni formadakı xəmirin içinə yerləşdirin.

Xəmirin şirəsinin hazırlanması:
Boşqabda yumurtaları sındırıb yaxşıca çalın. Üzərinə tomat pastası, xama, qaymaq və yaxud süd, duz, istiot əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız şirəni xəmirin üzərinə gəzdirin.
180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində piroqu bişirin.
Ətli piroq bişəndən sonra sobadan çıxarıb 10 dəqiqə ərzində soyumaq üçün kənara yerləşdirin.

Nuş olsun!


Etiketlər: əlavə, ərzində, istiot, dəqiqə, üzərinə, yerləşdirin, Üzərinə, bibəri, xəmirin, Sonra, təmizləyib, yaxşıca, qarışdırın, forma, xırda, tomat, pastası, hazırladığınız, xəmir, qovurun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Xanim Zeyneb
Hazirlamaq olar dadli gorunur tesekkurler
18 iyun 2014 05:24
2
Offline
tutu666
yemiwem,cox dadlidi....
17 iyun 2014 14:55
1
ALLAHım, məni sən qaldır ki, kimsələr yıxa bilməsiN...
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN