• Qiyməli türk kababı resepti

Reseptin məlumatları Baxış sayı: 24 556

Tarix : 29-12-2017, 17:30

Bölmə : Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Dana ətinin qiyməsi 400 qr
Badımcan 4 ədəd
Qatıq 5 x/q
Sarımsaq 2 diş
Kərə yağı 2 x/q
Zeytun yağı 2 x/q
Pomidor 1 ədəd
Uzun bibər 1 ədəd
Doğranmış cəfəri
Qarabibər
Duz
İstiot

Hazırlanması:
Uzun bibərlə və pomidoru sobada 180 dərəcədə bişirin. Badımcanları pörtlədib, soyun, duz-istiot vurub, doğrayın.
Tavaya zeytun yağını töküb, qızdırın. Sonra qiyməyə duz və qarabibər vuraraq, qovurun.
Ayrı bir tavada isə 1 xörək qaşığı kərə yağını əridin. Doğranmış sarımsaqla badımcanı həmin tavada azca qızardın.
Tavadan götürdükdən sonra badımcanları qatıqla qarışdırın. Əvvəlcə badımcanı qaba yayın.
Üzərinə qovrulmuş qiymə və bir qədər doğranmış cəfəri səpin. Boşqabın qıraqlarına pomidor və bibərləri düzün.
Üzərinə isə tavada əridilmiş 1 x/q kərə yağı gəzdirib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: tavada, yağını, cəfəri, badımcanı, Üzərinə, Doğranmış, qatıqla, badımcanları, qarışdırın, qaşığı, xörək, sonra, götürdükdən, sarımsaqla, qızardın, Əvvəlcə, əridin, Tavadan, həmin, qovrulmuş
BİZİ İZLƏYİN