• Balakən sayağı ət qutabı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24851

Tarix : 21.06.2014, 22:28

Bölmə : Ət yeməkləri, Xəmir işləri, Foto reseptlər

Mətbəx : Balakən-Zaqatala mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir üçün:

4 fincan + yoğurmaq üçün əlavə un (bir fincan = 150 qram un)
2 xörək qaşığı duz
2 fincan otaq tempraturunda su

İçlik üçün:
450-500 qram ət maşınından keçirilmiş qoyun yaxud mal əti və ya qarışıq –yarı qoyun,yarı mal əti
2 ədəd ət maşınından keçirilmiş orta ölçülü soğan – təxminən bir fincan
1 xörək qaşığı palçıq lavaşana yaxud ½ fincan təzə nar dənələri (miqdarı zövqə görə müəyyən olunur)
Zövqə görə duz və istiot

Şimal-qərb zonalarında,xüsusi ilə də Balakəndə qutab üçün hazırlanmış içliyə 1 cimdik şüyüd toxumu, 1 qədər doğranmış sarımsaq və doğranmış təzə keşniş də qatırlar.

Bunlardan əlavə:
Əgər qutab 1-ci üsulla bişiriləcəksə bir qədər şit yağı/ərinməmiş kərə yağı/
2-ci üsulla bişiriləcəksə qızartmaq üçün bitki yağı və üzərinə səpmək üçün sumaq lazım olacaq.

Hazırlanması:
Xəmirin hazırlanması:
Böyük bir qaba un əlavə olunur,duz vurulur qarışdırılır. Unun içində yuva açılır,su az-az əlavə olunmaqla xəmir halını tutanadək əllə qarışdırılır. Xəmir formasına gəldikdə sonra üzərinə un səpilmiş yuxa yayan taxtanın üzərində 10 dəqiqə yoğrulur. Yoğurarkən ələ yapışmasın deyə tez-tez un səpilir.Lakin unu çox qatmaq olmaz,əks halda xəmir bərkiyər və yaymaq mümkün olmaz. Həm də yuxa yayarkən kifayət qədər un istifadə olunduğunu da nəzərə almaq lazımdır. Yoğrulmuş xəmir 12 bərabər ölçülü hissələrə bölünüb əllə kündələnməlidir. Bir kündəylə işlərkən digərlərinin üzərini dəsmalla örmək lazımdır ki,kündələr qurumasın.

İçliyin hazırlanması:
Bir qaba içlik üçün lazım olan ərzaqlar tökülür və yaxşıca qarışdırılır. Əgər lavaşana əvəzinə nar dənələri istifadə olunacaqsa o zaman ərzaqları elə qarışdırmaq lazımdır ki, narlar əzilməsin.

Yuxanın yayılması:
Kündənin biri üzəri bir qədər unlanmış yuxayayan taxtanın üzərinə qoyulur və üstünə də bir qədər un səpilir.Kündə əllə basılıb yastılanır və oxlovla açılır. Diametri təxminən 12 sm olanadək xəmiri fırladaraq oxlovlar açmaq lazımdır. Sonra isə açılmış xəmirin üzərinə yenə azca un səpilir və əllə xəmirin üzərinə tam yayılır. Belə olduqda yuxa nə oxlova yapışar, nə də yuxanı yayayarkən onda deşiklər əmələ gələr,həm də asanlıqla yayıla bilər. Yuxanı öz tərəfinizdənki kənarlarından başlayaraq axıradək oxlova bükməklə sonra cəld açmaq lazımdır. Bu zaman oxlov özünüzə paralel olaraq hərəkət etməlidir. Bu qayda ilə hər dəfə yuxanı açarkən üzərinə azca un səpilməlidir. 25 sm ölçüsündə dairə alınanadək yuxa açılmalıdır.
Balakən sayağı ət qutabı resepti - FOTO RESEPT


Balakən sayağı ət qutabı resepti - FOTO RESEPT


İçliyin doldurulması: Hazır yuxanın üzərinə yarıyadək ətli içlik qoyulub yayılır. İçlik sıx,lakin nazik olmalıdır. Sonra yuxanın digər yarısı ətli içliyin üzərinə qatlanıb,kənarları barmaqla ehmalca basılaraq bitişdirilir. Qutablar aşağıdakı iki üsülla bişirilə bilər.
Balakən sayağı ət qutabı resepti - FOTO RESEPT

Balakən sayağı ət qutabı resepti - FOTO RESEPT


1-ci üsul: (Balakən zonasında qutab yalnız sacda/tavada bişirilir və bizim ailədə həmişə bu üsuldan istifadə edilib). Öncədən qızdırılmış sac yaxud yapışmayan tavada qutabın növbə ilə əvvəl bir,sonra isə digər tərəfi üzərində zərif qəhvəyi qabarcılar əmələ gələnədək qızardılır. Hazır bişbiş qutablar boşqaba qoyulur və elə isti halda üzərinə firça ilə yağ çəkilir. Qutablar bu qayda ilə qızardılıb yağlanaraq bir boşqabda üst-üstə yığılır. Sonda üzərinə sumaq səpilib süfrəyə verilməlidir.

2-ci üsul: (Bəzi yerlərdə bu üsuldan istifadə edilir). 1 xörək qaşığı bitki yağı yapışmayan tava tökülüb qızdırlır. Üzəri qızılı rəng alanadək qutabların hər iki tərəfi qızardılır. Hər dəfə qızartma zamanı lazım gələrsə yağ əlavə olunmalıdır. Qızardılmış qutablar sonra salfetin üzərinə qoyulub yağı çəkilməlidir. (Bu üsulla bişirilimiş qutablar sonradan yağlanmır.) Hazır qutabların üzərinə sumaq səpilib dərhal süfrəyə verilməlidir.
Balakən sayağı ət qutabı resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: üzərinə, əlavə, fincan, qədər, lazımdır, istifadə, sonra, xörək, Hazır, lazım, sumaq, qutab, qaşığı, səpilir, yaxud, qutablar, qarışdırılır, xəmir, üsulla, İçliyin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
N....N92
Bizim rayonumuzun metbexi zengindir nedense burda sadece iki yemek resepti var..
27 mart 2015 15:44
2
Offline
arzum-aysum
beh beh et qutabinnan cox xosum gelir
24 iyun 2014 16:06
1
BİZİ İZLƏYİN