• Kələm tortu resepti

Reseptin məlumatları Baxış sayı: 22 305

Tarix : 24-07-2014, 02:44

Bölmə : Ət yeməkləri / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500-600 q kələm
3-5 x.q. un
3 yumurta
duz, istiot
2 baş soğan
2-3 yerkökü
500 q qiymə
100 q sürtgəcdən keçirilmiş pendir
3-4 x.q. mayonez
qızartmaq üçün yağ
göyərti

Hazırlanması:
Kələmi çox xırda doğrayın, ya da blenderdə xırdalayın. Yumurta, duz, istiot, ədviyyat və un əlavə edin, qarışdırın. Blinlər bişirib soyudun.

Soğanı xırdalayın, yerkökünü sürtgəcin iri gözündən keçirin, birlikdə qovurun, duz, istiot vurun.

Qiyməyə duz vurun.

Kələmli blinlərin üzərinə çiy qiymə, yerkökü-soğan qarışığı, göyərti döşəyib üst-üstə yığın.

Siniyə qoyun. Üzərinə pendirlə qarışdırılmış mayonez çəkin. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: istiot, xırdalayın, mayonez, göyərti, vurun, qiymə, soğan, yerkökü, Siniyə, qarışığı, döşəyib, üzərinə, yığın, Qiyməyə, birlikdə, qovurun, Kələmli, blinlərin, qarışdırılmış, sobada
BİZİ İZLƏYİN