• Kartoflu sulu küftə resepti

Reseptin məlumatları Baxış sayı: 14 617

Tarix : 27-01-2017, 17:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 200 qram ət qiyməsi
- 3 kartof
- 1 ədəd soğan
- 2 xörək qaşığı incə bulğur
- 2 xörək qaşığı tomat
- 2 xörək qaşığı duru yağ
- 2 xörək qaşığı un
- Duz, istiot, bibər.

Hazırlanması:
Küftələri hazırlamaq üçün qiyməni bulğur, istiot və duzla yoğurun. Top şəklində hazırladığınız küftələri una batırın. Doğradığınız soğanları qazanda yağda qovurun. Tomatı əlavə edib soğanla qarışdıraraq soğanı bir az da qızardın. Kub şəklində doğradığınız kartofları əlavə edin. Kartofları da 1-2 dəqiqə soğanla qarışdırın. Sonra kartofun üzərinə çıxana qədər su əlavə edin. Yemək qaynadıqdan sonra küftələri əlavə edin. Az odda bişirin, suyu azalarsa, yenə isti su əlavə edin. Kartof bişdiyində yeməyi oddan götürə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, xörək, şəklində, küftələri, istiot, soğanla, bulğur, üzərinə, çıxana, qədər, kartofun, Sonra, kartofları, Kartofları, dəqiqə, qarışdırın, Yemək, sonra, yeməyi
BİZİ İZLƏYİN