• Üçbucaq kotletlər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 326

Tarix : 12-08-2014, 22:00

Bölmə : Ət yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Vafli korjları
Qiymə
Soğan
Göyərti
Ədviyyat
Yumurta

Hazırlanması:
Üçbucaq kotletlər resepti - FOTO RESEPT


Qiyməni xoşladığınız qaydada hazırlayın: nə qədər soğan, göyərti, duz-istiot vuracağınıza özünüz qərar verin. Yumurta əlavə edib qarışdırın.

Qiyməni bir vafli korjunun üzərinə çəkin, digərini üzərinə örtün. Azca basın və 15 dəqiqə saxlayın ki, korjlar bir qədər yumşalıb doğrayanda ovulmasın.
Üçbucaq kotletlər resepti - FOTO RESEPT


Sonra bunları pizza və ya tort kimi üçbucaq formada kəsin. Yumurtanı çalın. Kotletlərin yumurtaya batırıb orta itiliklə odda qızdırılmış yağda hər iki üzünü qızardın. Qapağını örtsəniz, yaxşı olar, daha yaxşı bişər.
Üçbucaq kotletlər resepti - FOTO RESEPT

Üçbucaq kotletlər resepti - FOTO RESEPT

Üçbucaq kotletlər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, qədər, Yumurta, Qiyməni, yaxşı, üçbucaq, korjlar, formada, pizza, kəsin, Yumurtanı, bunları, ovulmasın, Sonra, çalın, yumşalıb, doğrayanda, batırıb, Qapağını, qızardın
BİZİ İZLƏYİN