• Ətli qutab resepti

Reseptin məlumatları Baxış sayı: 80 984

Tarix : 27-02-2017, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un 500 q
Su 1 1/2 Stəkan
Yumurta 1 ədəd
Duz 1 ç.q

İçlik:
Mal əti qiyməsi 500 q
Soğan 2 ədəd
Duz 1 ç.q
İstiot 1 ç.q
Nar 1 ədəd zirinclə əvəz etmək olar

Hazırlanması:
Yumrtaya su və duz qatıb qarışdırın..Apardığı qədər un qatıb elastik xəmir yoğurun..Xəmir 10-15 dəq. istirahət etməlidir

Əti və soğanı ət maşınından keçirdin. Duzlayıb istiotlayın.

Xəmiri 8 hissəyə ayırmaq və kündələmək lazımdır..0,5 qalınlığında yayıb bir tərəfinə içlik qoyun…üzərinə nar və ya zirinc səpin və bükün..Qutabları isti çuqun tavada hər iki tərəfini qızardın..Hazır Qutabları yağıayıb üst-üstə yığın..

Üzərinə sumax səpib masaya verin.

Nuş olsun!
Etiketlər: qatıb, Qutabları, zirinc, bükün, qoyun…üzərinə, səpin, içlik, lazımdır, kündələmək, qalınlığında, yayıb, tərəfinə, çuqun, tavada, sumax, səpib, masaya, verin, Üzərinə, yığın
BİZİ İZLƏYİN