• Ətli blinçik resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 988

Tarix : 1-04-2017, 21:00

Bölmə : Ət yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan un
2 stəkan süd
3 ədəd yumurta
1 x.q şəkər tozu
1 x.q duru yağ
1 ç.q duz

iç:
500qr. çəkilmiş mal əti
2 ədəd soğan
duz,istiot
qızartmaq üçün- 2/3 x.q bitki yağı

Hazırlanması:
Əvvəlcə dərin bir qaba yumurta, süd əlavə edib yaxşıca çalın. Daha sonra un, şəkər tozu, duru yağ və duz əlavə edib qarışdırmağa davam edin. Xəmir qatı olmamalıdır. Tavanı qızdırıb yağ əlavə edirik, daha sonra duru xəmiri çömçə ilə töküb, tavanı silkələyərək hər tərəfinə yayırıq. Hər iki tərəfi qızılı rəngdə olan qədər qızardırıq. Blinçik xəmirləri hazırdır.

İçini hazırlamaq ücün mal ətini və soğanı ət maşınında çəkin. Daha sonra tavada üzərinə su əlavə edib, bişirin. Suyu quruyandan sonra yağ əlavə edib qovurun. Yağda tam bişənə qədər qovurub, duz və istiot vurun.

Daha sonra hər blinçik xəmirinin içinə hazırladığınız içdən qoyub, zərf şəklində bükün. Tavaya bir az bitki yağı töküb blinçikləri azacıq qızardın. Ətli blinçiklər hazırdır. Servis edə bilərsiniz.

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sonra, bitki, stəkan, töküb, istiot, qədər, yumurta, hazırdır, şəkər, Yağda, qovurun, bişənə, maşınında, qovurub, quruyandan, bişirin, soğanı, tavada, üzərinə
BİZİ İZLƏYİN