• Qiyməli krep resepti

Reseptin məlumatları Baxış sayı: 3 360

Tarix : 22-05-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yağsız qiymə - 150 qr.
Soğan – 1 ədəd
Pomidor – 100 qr.
Doğranmış mövsümü göyərtilər
Un – 7 x.q.
Kərə yağı – 10 qr.
Yumurta – 1 ədəd
Süd – yarım st.
Bitki yağı – 1 ç.q.
İstiot, duz

Hazırlanması:
Un, süd, duz, yumurta və xırda doğranmış göyərtilər əlavə edilir, qarışdırılır. Daha sonra tavada kərə yağını əridin, sonra isə hazırlanmış qarışımın yarısını tavanın hər tərəfinə tökün. Bişsin. Bundan sonra isə qalan qarışıma da eyni prosesi tətbiq edin. Digər qabda soğanı sürtgəcdən keçirin, qiymələri yağda qızardın. İçinə pomidoru da əlavə edib 10 dəqiqə bişirin. Daha sonra isə duz, istiot və 1 x.q. da xırda doğranmış göyərtilər əlavə edin. Bişmiş kreplərin içinə bu içlikdən qoyun. Sonra rulet formasında bükün. Kreplərin üzərinə yenə də 1 x.q. göyərti əlavə edib servis edin.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, göyərtilər, xırda, doğranmış, pomidoru, dəqiqə, İçinə, bişirin, yağda, soğanı, qabda, Digər, sürtgəcdən, keçirin, istiot, qiymələri, qızardın, içinə, Kreplərin
BİZİ İZLƏYİN