• Sobada ətli pirojki resepti

Reseptin məlumatları Baxış sayı: 6 273

Tarix : 25-07-2017, 17:00

Bölmə : Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
100 qr kərə yağı
yarım stakan duru yağ
yarım stakan qatıq
2 ç.q. qabatma tozu
1 ç.q. üzüm sirkəsi
2 - 2,5 stakan un
İçlik üçün 200 qr qovrulmuş qiymə
üstünə sürməyə 1 yumurta

Hazırlanması:
1. Kərə yağını əridin ,biraz ilıdın.
2. Yağın içinə duru yağı, qatığı, sirkəni əlavə edin və qaşıq ilə qarışdırın.
3. Bura unu və qabartma tozunu ələyin.Yumuşaq, ələ yapışmayan xəmir yoğurun. Çox yoğurmayın amma.
1-2 qaşıq un az ya çox lazım ola bilər, bu qatığın nə qədər sulu olmağından asılıdır.
Ancaq unu artıq tökməyin , sərt xəmir olmasın.

Xəmiri 10 dəqiqə saxlayın, kiçik kündələr qoparın, əlinizlə yastılayın , ortasına qiymə qoyun və qıraqları möhkəm bükün.
Pirojkiləri siniyə düzün , üstünə çalxalanmış yumurta sürün, qara küncüt səpin və 190 t isidilmiş sobada 30 dəqiqə üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: stakan, üstünə, yumurta, qaşıq, qiymə, xəmir, dəqiqə, yarım, əlinizlə, qoparın, yastılayın, ortasına, artıq, kündələr, tökməyin, qoyun, olmasın, saxlayın, kiçik, Xəmiri
BİZİ İZLƏYİN