• Türk mətbəxindən qiyməli börek resepti

Reseptin məlumatları Baxış sayı: 8 459

Tarix : 1-01-2018, 12:00

Bölmə : Ət yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1.5 çay st. qatıq,
1 çay st. duru yağ,
1 x.q. duz,
2 st. ilıq su,
5 st. un

İçlik üçün:
500 qr qiymə,
1 ədəd yumurta,
1 baş soğan,
1 x.q. istiot,
1 dessert q. dolma ədviyyatı (olmasa da olar),
1 dessert q. pul bibər,
2 x.q. un,
1 paket qabartma tozu

Hazırlanması:
Əvvəlcə içliyi hazırlayırıq. Bunun üçün qiymə, sürtgəcdən keçirilmiş soğan, un, yumurta və ədviyyatları bir qaba töküb, qarışdırırıq. Əlimizlə biraz yoğururuq.

Xəmir üçün su, qatıq, yağ və qabartma tozunu bir qaba töküb, qarışdırırıq. Üzərinə az-az ələnmiş un əlavə edərək xəmir yoğururuq. Yumşaq olmayan xəmir əldə edirik. Xəmiri yayıb, halqalar kəsirik. Hər halqanın üzərinə qiyməli içlikdən yerləşdirib, kənarlarını qatlayırıq. Qızmış yağda az odda qızardırıq. Tez qızardığından diqqətli olmaq lazımdır ki, yanmasın.

Nuş olsun!
Etiketlər: dessert, töküb, qarışdırırıq, yoğururuq, qabartma, soğan, qatıq, xəmir, qiymə, yumurta, Xəmir, üzərinə, kəsirik, halqanın, yayıb, edirik, Xəmiri, qiyməli, halqalar, qatlayırıq
BİZİ İZLƏYİN