• Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir

Reseptin məlumatları Baxış sayı: 2 247

Tarix : 4-04-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Azərbaycanda bitən bu meyvə tam bir vitamin deposudur və onu yeyənləri çoxlu xəstəliklərdən qoruyur.
Heyva — tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır.

Azərbaycanda da bitən bu meyvə, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur. Bundan əlavə heyvanın tərkibi PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.
Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natriumun olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətrə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar:
— Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o, qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir.
— Sinir sistemi üçün. Tərkibində sərbəst radikallarla mübarizə apara bilən və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə aparması və qidada təbii sakitləşdirici vasitə kimi təsiri təəccüblü deyil.
— Qrip və soyuqdəymə. Antivirus xüsusiyyətlər toplusuna malik olduğuna görə, qriplə mübarizədə özünü yaxşı göstərir.
— Mədə xorası. Yapon təcrübələrinə əsaslanaraq söylənilir ki, heyva mədə xorasını müalicə edir.
— Xolesterin əleyhinə. Heyvanın müntəzəm qəbulu, qanda xolesterinin səviyyəsinin azalmasını təmin edir.
— Hipoertoniyanın müalicəsi. Bu meyvəninn tərkibində hipertoniklər üçün çox vacib olan dəyərli kalium mineralı çoxdur.
— Ürək üçün. Tərkibində olan C vitamini ürək xəstəlikləri təhlükəsinin azalmasına səbəb olur.
— Qusma əleyhinə. Heyvanın mət və şirəsini qusma əleyhinə bir vasitə kimi qəbul etmək olar.
Həmçinin heyvanın tərkibində pektin və aşılayıcı maddələr vardır ki, onlar bağırsaqları təmizləyir, mədə —bağırsaq sistemininin iltihab əleyhinə proseslərinə kömək edir,orqanizmdən kanserogen maddələr və toksinlərin çıxarılmasını təmin edir.
Kalori dəyərinə gəldikdə isə, heyvanın kalori dəyəri 100 qr məhsula — 37-58 kkal təşkil edir. Məhz bu səbəbdən dietoloqlar piylənmə problemindən əziyyət çəkən xəstələrə bu məhsulu məsləhət görürlər. Zəngin olduğu B qrupu vitamini isə həm sinir sistemi, həm ürək-damar sisteminin möhkəmlənməsini, həm də dərinin yaxşılaşmasını təmin edir.
Etiketlər: əleyhinə, tərkibində, turşusu, heyvanın, Heyvanın, təmin, meyvə, mübarizə, zəngin, vitamini, ideal, malik, Tərkibində, kömək, olduğuna, pektin, maddələr, sistemi, heyva, bilən
BİZİ İZLƏYİN