• Bu bitki sizi bağırsaq xərçəngindən və qəbizlikdən xilas edə bilər

Reseptin məlumatları Baxış sayı: 106

Tarix : 11.04.2018, 14:00

Bölmə : Faydalı bitkilər


Əsrlərin sınağından keçmiş bu üsulu siz də sınayın.
Orqanik olmayan, tərkibi kanserogen maddələrlə, toksinlərlə zəngin olan qidalar, gözlə görünməyən ekoloji fəlakətlər son illərdə xərçəngi dünyanın 1 nömrəli xəstəliyinə çevirib. Hər il milyonlarla insan bu dəhşətli xəstəliyin qurbanı olur. Mədə və bağırsaq xərçəngi də kifayət qədər yayğındır. Bəzən mədədə yaxşı həzm olunmayan qida qalıqları, bağırsaqda uzun müddət qalan, gec-gec ifraz olunan möhtəviyyat xərçəng törədən bakteriyaların mənbəyi ola bilər. Ona görə də, hər kəs mədədə qidanın yaxşı həzm olunmasına, bağırsaqların normal işləməsinə diqqət yetirməlidir.

Azərbaycan meşələrində də bitən murdarça bitkisi qədim zamanlardan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Murdarça ağacının qabığı qəbizlik zamanı çox yaxşı təsir edir, bağırsaqların fəaliyyətini gücləndirir. Hətta ağır xroniki qəbizlik zamanı murdarça qabığı insana yaxşı kömək edir. Bitki çox yumşaq təsir edir, bağırsaqların selikli qişasını qıcıqlandırmır.

Qəbizliklə mübarizə aparmaq üçün resept belədir:
1 xörək qaşığı murdarça qabığı üzərinə 1 stəkan qaynar su tökün. 15 dəqiqə ərzində su hamamında qızdırın, süzün və qabıqları yaxşı sıxın. Alınan dəmləməni 1/2 stəkan olmaqla axşam yatmazdan əvvəl için. Adətən 8-10 saatdan sonra bu vasitə lazım olan təsir göstərir.
Çox ağır xroniki qəbizlik zamanı dəmləməni gündə 2 dəfə səhər və axşam 1/2 olmaqla qəbul edirlər.
Müalicə müddəti 7 gündür.

Bütün digər qəbizliyi müalicə edən vasitələr kimi bu vasitə də alışma yaradır və daha sonra təsir etmir və ya çox gec təsir edir. Bu səbəbdən qəbizlik zamanı murdarça qabığını digər vasitələrlə növbəli şəkildə qəbul etmək lazımdır.

Bundan başqa, murdarça qabığı sağlam insanlarda bağırsaqların və bütün orqanizmin təmizlənməsi məqsədi ilə istifadə oluna bilər.
Murdarça qabığı sidikqovucu təsir edir, böyrəklərdən və sidik yollarından duzları xaric edir, ödemləri azaldır, dəri xəstəlikləri (ekzema, çiban və s.), babasil, anal çatları (oturaq vannaları şəklində) zamanı istifadə oluna bilər.

Etiketlər: təsir, qabığı, murdarça, yaxşı, zamanı, qəbizlik, bağırsaqların, bilər, istifadə, qədim, Murdarça, mədədə, vasitə, qəbul, digər, sonra, axşam, stəkan, dəmləməni, olmaqla
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica