• Bitkilərin faydasından tam istifadə edə bilirik?

Reseptin məlumatları Baxış sayı: 359

Tarix : 19.04.2018, 14:00

Bölmə : Faydalı bitkilər




Almaniyada bitki mənşəli dərmanların 80% -i apteklər tərəfindən hazırlanır və 42% -i reseptli dərmanlar sinfinə girməkdədir.
Bitkilər həyatımızı davam etdirmək üçün lazım olan oksigeni, qidaları təmin edir və sağlamlığımızı qoruyur. Bitkilər və insanlar arasında insanlıq tarixi qədər köhnə olan çox yaxın bir əlaqə vardır. Minlərlə il əvvəl insanlar bitkilərin müalicəvi gücünü tanımış və sağlam yaşaya bilmək üçün ondan faydalanıblar.

Çox köhnə tarixlərdə insanların müalicəvi bitkilər ilə bağlı məlumatlarını yaşadıqları dövrlərdən qalma kitabələrə və arxeoloji materiallara baxaraq anlayırıq. Assurlulardan qalma gil təbəqələrə yazılmış bir çox xəstəlik və bitki adları mövcuddur. Bunları xəstələrin müalicəsində istifadə etdikləri bilinməkdədir.

Qədim misirlilər, Assuriya və Babil xalqının tibb sahəsindəki inkişafını daha da irəliyə doğru apararaq bu bitkilərdən xəstələrinin müalicəsində istifadə ediblər.

1872-ci ildə Ebers tərəfindən kəşf edilən və eramızdan 1550 il əvvəl yazılmış papirus üzərində 450-yə qədər xəstəlik, bitki və heyvan mənşəli dərmanlar qeyd edilib. Edvin Smit tərəfindən tapılan papirus üzərində də yara, qırıq, burxulma və s. müalicə üsulları var.

Bitkilərdən qədim yunanlılar da dərman olaraq istifadə ediblər. Hippokrat öz dövründə istifadə olunan 236 növ tibbi bitkidən geniş bəhs etməkdədir. Aristotelin "Təbii elmlər tarixi" kitabında o dövrdə bilinən tibbi bitkilərin istifadəsinə dair geniş məlumatlar verilir. Aristotelin şagirdi, botanika elminin banisi sayılan Teofrastos "Bitkilərin araşdırılması və bitkilərin səbəbləri" kitabında botanika elmləri haqqında ətraflı məlumatlar verib.

Yunanca phytos = bitki və therapy = müalicə sözlərinin birləşməsindən ibarət olan bir sözdür və tibbi bitkilərlə müalicə deməkdir.

Bitki mənşəli dərmanlara marağın yenidən artmasının səbəbi kimyəvi dərmanların hər xəstəliyi müalicə etmə qabiliyyətinə malik olmaması, bir çox əlavə təsirlərinin mövcudluğu və çox bahalı olmasıdır.

Avropada bitki mənşəli preparatlar ancaq qanunla icazə verildikdən sonra satıla bilir. Almanya, Fransa, İsveçrə kimi ölkələrdə xüsusilə, Almaniyada bitki dərmanlarını müasir tibb ilə birləşdirmək üçün güclü bir meyil vardır. Hər tibb üzrə təhsil alan şagird bitki mənşəli dərmanlarla müalicə dərsləri almaq məcburiyyətindədir. Almaniyada bitki mənşəli dərmanların 80% —i apteklər tərəfindən hazırlanır və 42% —i reseptli dərmanlar sinfinə girməkdədir.

Tibbi ekspert Rasif Bağırov açıqlamasında deyib ki, Azərbaycanda bitkilərin dərman sənayesində istifadə məsələsi həddindən artıq məhdud bir şəkildədir. Demək olar ki, şəfalı bitkilərdən Azərbaycanda istifadə ancaq xalq arasında deyilən, adət-ənənələrdən, deyimlərdən bugünkü günə kimi gəlib çatmış formada istifadə olunur.

Ekspert bildirib ki, Azərbaycanda bu sahədə hər hansı bir elmi araşdırmaların aparılması, dərman bitkilərinin orqanizmə xeyrinin öyrənilməsi, geniş tətbiqlərin aparılması yoxdur. Bu gün ölkəmizdə o istiqamətdə ancaq köhnə ağızdan ağıza deyilib gələn şeylər üzərində araşdırma aparılır. Bəzən də “maşşenik”lər meydana çıxır, formalaşırlar ki, istədiyi kimi bitkiləri bir-birinə qatıb müəyyən formalar hazırlayırlar. Heç bilmirlər ki, bunu necə istifadə etmək olar. Bu istiqamətdə mərkəz olmadığına görə, araşdırmalar aparılmadığına görə belə şeylər ortaya çıxır.

O, qeyd edib: “İndiyədək görməmişəm ki, hansısa bir dərman bitkisinin həqiqətən də elmi cəhətdən tərkibi öyrənilsin və bu tərkibin orqanizmdə hansı faydalar verə biləcəyi deyilsin. Xaricdə bu istiqamətlərdə mərkəzlər var və bunu kifayət qədər öyrənirlər, araşdırırlar. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə indiyədək bir addım atılmayıb”.

R. Bağırovun fikrincə, insanların dərman bitkilərinin və yaxud xeyirli bitkilərin hansı olduğunu bilməyi çox maraqlıdır. Çünki, insanlar var ki, dərman bitkilərindən istifadə etməyə daha çox üstünlük verirlər. Hər bir insanın özünün arzusuna uyğun olaraq dərman preparatlarını əldə etmək hüququ təmin olunmalıdır. Azərbaycan kimi şəfalı bitkilərnən zəngin olan bir ölkədə belə bir şeyin olmaması düzgün deyil.

“Azərbaycanda belə bir mərkəz yaradılsa, insanlar o bitkilərdən yararlana bilərlər. Çoxları elə bilir ki, bitkidirdə nə qədər istəsən istifadə edə bilərsən. Amma bu belə deyil. Məsələn, itburnu bitkisini normadan artıq içəndə bədəndə müəyyən fəsadlar verə bilər. Çox içmək olmaz, yəni, hər birini norma şəklində istifadə etmək lazımdır”, — deyə ekspert əlavə edib.

Etiketlər: istifadə, bitki, dərman, mənşəli, bitkilərin, müalicə, Azərbaycanda, qədər, tərəfindən, insanlar, Almaniyada, tibbi, geniş, hansı, etmək, bitkilərdən, dərmanların, köhnə, dərmanlar, ancaq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN