• Üzüm haqqında

Reseptin məlumatları Baxış sayı: 2 716

Tarix : 8-05-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Çox faydalı və qiymətli bitkidir. Ona görə də o, dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən hazırlanan kişmiş, şərbət, xoş ətirli doşab çox faydalıdır.

Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri [qlükoza, fruktoza, saxaroza], dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.

Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan “abqora” isə xəstəliyinin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.

Üzüm tumunun faydaları
Ən güclü antioksidant hesab edilən üzüm tumu xərçəng xəstəliyinə müsbət təsir edir; xərçəngin müalicəsindəki mənfilikləri aradan qaldırır.
Damarları qoruyur, damar xəstəliyinin qarşısını alır, damar xəstəliklərini müalicə edir.
İnfarkt xəstəliyini azaldır.
Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir.
Diabet xəstələrinə müsbət təsir edir.
Qan damarlarını gücləndirir.
Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir.
Gözdəki damarları gücləndirib qan dövranını yaxşılaşdırır.
Gözün şəffaf təbəqəsini qoruyur.
Yaşla birlikdə artan görmə zəifliyinə mane olur.
Kataraktanın əmələ gəlməsinə mane olur.
Qan və limfa dövranını nizamlayır.
Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur.
Allergiya problemlərinin qarısını alan özəlliyi vardır.
Diş əti qanamalarında müalicəvi özəlliyə sahibdir.
C vitamininin təsirini artırır.
Saç hüceyrələrini inkişaf etdirir.
Qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir.
Böyrək və bağırsaqları təmizləyir.
Revmatizm xəstəliyinə müsbət təsir edir.
Etiketlər: təsir, müsbət, damar, hazırlanan, vardır, qarşısını, yaxşı, müalicə, damarları, xəstəliyinin, karotin, qanazlığında, xolesterolu, qoruyur, xeyirlidir, yolları, doşab, dövranını, xəstəliklərində, Üzümdən
BİZİ İZLƏYİN