• Bu insanlar FEYXOA yeməməlidir

Reseptin məlumatları Baxış sayı: 2 218

Tarix : 23-06-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Feyxoa olduqca faydalı məhsuldur. Lakin bəzi xəstəliklər zamanı feyxoanın istehlakı insana ziyan vura bilər.
Söhbət xüsusilə hipertireoz (və ya tireotoksikoz) xəstəliyindən gedir.

Hipertireoz zamanı qalxanvari vəzinin hormonlarının ifrazı artır ki, bu da orqanizmin bir çox orqan və sistemlərinə mənfi təsir edir. Məntiqi sual yaranır - feyxoanın bu xəstəliyə nə aidiyyatı var?
Məsələ burasındadır ki, qalxanvari vəzinin hormonlarının istehsalı üçün yod lazımdır. Yod bu hormonların tərkibinə daxildir. Feyxoa isə yodla olduqca zəngindir. İnsanda hipertoreoz artıq varsa və onun qalxanvari vəzisi həddindən artıq aktivdirsə, yodla zəngin olan qidaların istehlakı qalxanvari vəzinin fəaliyyətini daha da aktivləşdirəcək ki, bu da xəstəliyin gedişatını ağırlaşdıra bilər.
Qalxanvari vəzinin digər pozulması olan hipotireoz (hiper - çox, hipo - az deməkdir) zamanı qalxanvari vəzi əksinə zəif işləyir, öz hormonlarını lazım olandan daha az ifraz edir. Hipotireoz zamanı qalxanvari vəzinin fəaliyyətini əksinə aktivləşdirmək lazımdır və bu vəziyyətdə yodla zəngin olan qidalar və o cümlədən feyxoa faydalıdır.
Etiketlər: qalxanvari, vəzinin, zamanı, yodla, fəaliyyətini, əksinə, zəngin, artıq, Feyxoa, lazımdır, bilər, hormonlarının, feyxoanın, istehlakı, olduqca, qidaların, qidalar, aktivləşdirəcək, gedişatını, xəstəliyin
BİZİ İZLƏYİN