• Ağ turpun 3 MÜALİCƏVİ TƏSİRİ - öskürək, qəbizlik, soyuqdəymə

Reseptin məlumatları Baxış sayı: 930

Tarix : 1.07.2018, 14:00

Bölmə : Faydalı bitkilər




Ağ turp unikal müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Bunun səbəbi turpun zəngin kimyəvi tərkibidir.
Turp vitamin və minerallar, qidalı liflər, fitonsidlər, amin turşuları, fermentlərlə zəngindir.
Fitonsidlər turpa güclü mikrob, virus və iltihab əleyhinə təsir bəxş edir. Soyuq fəsillərdə turpun istehlakı soyuqdəymə və qripp xəstəliklərindən qoruyur, immun sistemini möhkəmləndirir.
Turp öskürək və bronxit zamanı yaxşı kömək edir - nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.
Həll olunmayan qidalı liflərlə zəngin olduğundan ağ turp bağırsaqlar üçün çox faydalıdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, qəbizliyin qarşısını alır, bağırsaq mikroflorasının yaxşılaşmasına kömək edir.
Etiketlər: turpun, təsir, qidalı, kömək, zəngin, iltihabı, möhkəmləndirir, azaldır, bəlğəmin, çıxmasını, təmizləyir, yollarını, bronxit, zamanı, asanlaşdırır, nəfəs, öskürək, yaxşı, olduğundan, qəbizliyin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN