• Dəfnə yarpağından möcüzəli YAĞ. Evdə özünüz hazırlayın!

Reseptin məlumatları Baxış sayı: 2 338

Tarix : 27-07-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Dəfnə yarpağı - çoxdan mətbəxlərimizdə hörmətli yerə layiq olan sevimli ədviyyatdır.
Amma çox az adam bilir ki, həmişəyaşıl Aralıq dənizi ağacının yarpaqları yalnız qida hazırlanması üçün istifadə edilmir.
Dəfnə ağacının yarpaqlarından müalicəvi yağ hazırlamaq olar ki, bu da möcüzəli xüsusiyyətlərə malikdir.

Dəfnə yağının xüsusiyyətləri:
- ağrını azaldır;
- əsəb sistemini sakitləşdirir;
- iltihabları azaldır;
- orqanizmin ümumi tonusunu qaldırır;
- əqli fəaliyyəti stimullaşdırır.

Dəfnə yağının orqanizm üçün faydalı xüsusiyyətlərindən başqa, o, həmçinin həşəratları qovma xüsusiyyətinə də malikdir.
Nəzərə alsaq ki, bu məhsul həm də damarların varikoz genişlənməsinin və oynaq xəstəliklərinin müalicəsi üçün faydalıdır.
Dəfnə yarpaqlarından yağın hazırlanması:
30 qram dəfnə yarpağını xırdalayın və üzərinə bir stəkan bitki yağı tökün. Qabı kip bağlayaraq, 2 həftəlik qaranlıq, sərin yerə qoyun. Bu halda, vaxtaşırı qabı yaxşıca silkələmək lazımdır. 14 gün sonra tənzif vasitəsilə yağı başqa qaba süzün və soyuqda bir müddət saxlayandan sonra istifadə edə bilərsiz.
Etiketlər: Dəfnə, yarpaqlarından, istifadə, malikdir, hazırlanması, yağının, sonra, azaldır, ağacının, başqa, xırdalayın, yarpağını, dəfnə, üzərinə, stəkan, tökün, bitki, yağın, faydalıdır, varikoz
BİZİ İZLƏYİN