• Məkkəgülü çayı - BÜTÜN XƏSTƏLİKLƏRİN DƏRMANI

Reseptin məlumatları Baxış sayı: 2 679

Tarix : 31-07-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Məkkəgülü (karkade) çayını ərəblər bütün xəstəliklərin dərmanı adlandırırlar. Sözsüz ki, bu içkinin belə qiymətləndirilməsi təsadüfi deyil.
Öz zəngin tərkibi ilə məkkəgülü çayı bir çox dərdlərin təbii dərmanıdır.

- Tərkibində 13 üzvi turşu olan bu içkinin dadı turş, rəngi qırmızıdır. Hibiskus bitkisinin ləçəklərindən hazırlanan məkkəgülü çayı qan təzyiqi və 2-ci tip şəkərli diabet xəstəlikləri üçün olduqca faydalıdır.
- Hibiskus bitkisi antioksidantlara zəngin olduğundan orqanizmi cavanlaşdırır, onu azad radikalların təsirindən qoruyur, xoşxassəli və bədxassəli şişlərin yaranmasının qarşısını alır.
- Bu çayı soyuqdəymə və qripin profilaktikası üçün ən təsirli vasitə hesab etmək olar.
- Öskürəyə qarşı xeyirlidir və xəstəlik zamanı yüksək temperaturu normaya salır.
- Məkkəgülü çayı qan damarlarını möhkəmləndirir, qanda “pis” xolesterinin miqdarını azaldır, damar tıxaclarının yaranmasının qarşısını alır.
- Bədənin ümumi tonusunu normasında saxlayan bu içki orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır.
- Məkkəgülü çayının orqanizmə faydalarından biri də onun sinir sisteminə müsbət təsir göstərməsi, əsəb gərginliyini, fiziki və zehni yorğunluğu aradan qaldırmasıdır.
- Tərkibində kversitin olduğuna görə, məkkəgülü çayı göz yorğunluğunu da götürür, görmə qabiliyyətini yaxşılaşdırır. Kompüter qarşısında saatlarla oturanlar üçün bu çay ən yaxşı içkidir.
- Məkkəgülü çayı qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir.
- Ödqovucu xassəyə malikdir, öd ifrazını normallaşdırır.
- Zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir.
- Böyrək iltihabı zamanı xeyirlidir, sidikqovucu xassəyə malikdir.
- Piylənmənin qarşısını alır, arıqlamaq istəyənlər üçün effektli vasitədir.
- Məkkəgülü çayı kişi sağlamlığı üçün də xeyirlidir, o potensiyanı gücləndirir, cinsi fəallığı artırır.
- Mədə xorası və qastrit xəstəlikləri olanlar məkkəgülü çayından məhdudiyyətlə istifadə etməlidirlər. Belə ki, bu içki mədə şirəsinin turşuluq dərəcəsini artırır. O cümlədən öd daşı xəstəliyinin kəskinləşdiyi dövrdə də məkkəgülü çayından istifadə etmək məsləhət görülmür.
Etiketlər: məkkəgülü, Məkkəgülü, xeyirlidir, qarşısını, artırır, zamanı, Tərkibində, çayından, xəstəlikləri, etmək, xassəyə, yaranmasının, malikdir, qarşı, Hibiskus, gücləndirir, içkinin, təsir, müsbət, istifadə
BİZİ İZLƏYİN