• Yemişin SAĞLAMLIQ üçün 7 mühüm faydası

Reseptin məlumatları Baxış sayı: 1994

Tarix : 17.08.2018, 14:00

Bölmə : Faydalı bitkilər


Yemiş desert tərəvəz sayılır. Yemişin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
Yemişin tərkibində A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar (kalium, kalsium, maqnezium, sink, mis, dəmir, ftor, fosfor və s.), qidalı liflər var. Belə zəngin tərkibin sayəsində yemiş bir çox orqan və sistemlər üçün faydalıdır.

1. Kalium və maqneziumla zəngin olan yemiş ürək-damar sistemi üçün olduqca faydalıdır, ürəyə olan gərginliyi azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.
2. Yemiş qan üçün çox faydalıdır. Onun tərkibində qanın keyfiyyətini yaxşılaşdıran dəmir, mis, fol turşusu var.
3. Yemiş antisstress təsirə malikdir - əhval-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır, yuxusuzluğu aradan qaldırır.
4. Qidalı liflərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçənginin riskini azaldır, qanda xolesterolun səviyyəsini aşağı salır.
5. Yemiş böyrəklər və sidik kisəsi üçün faydalıdır.
6. Yemiş qaraciyəri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
7. Yemiş təbii afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır. Yemiş və xüsusilə onun toxumları qədim zamanlardan potensiyanı (kişi gücü) artıran təbii vasitə kimi tanınır.
Etiketlər: Yemiş, faydalıdır, yaxşılaşdırır, zəngin, azaldır, fəaliyyətini, yemiş, dəmir, sayılır, Yemişin, artıran, təbii, tərkibində, xərçənginin, vasitə, stressi, riskini, xolesterolun, qanda, bağırsaq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN