• Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

Reseptin məlumatları Baxış sayı: 284

Tarix : 21.08.2018, 14:00

Bölmə : Faydalı bitkilər




Alça azkalorili və çox faydalı meyvədir.
Alçanın tərkibində alma və limon orqanik turşuları, A, B qrupu, C , PP vitaminləri, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib minerallar, pektinlər, qidalı liflər və s. var.
Alçanın bağırsaqları işlətmək, qəbizliyi aradan qaldırmaq xüsusiyyəti xalq təbabətində geniş istifadə olunur.
Alça vitamin çatışmazlığı, qanazlığı zamanı da kömək edir.
Alçanın tərkibində olan orqanik turşular orqanizmdə xolesterolun səviyyəsini tənzimləyir və bununla da ürək-damar sistemi xəstəliklərinin inkişafının riskini azaldır.
Kalium və maqneziumla zəngin olan alça ürək əzələsini möhkəmləndirir, aritmiyaların qarşısını almağa kömək edir, arterial təzyiqi aşağı salır.
Alça sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir edir.
Qidalı liflər və pektinlərlə zəngin olan alça mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir edir, metabolik prosesləri sürətləndirir, xərçəng və şəkərli diabetin inkişafı riskini azaldır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Alça tumlarının ləpələri də çox faydalıdır. Onların tərkibinə qlikozid amiqdalin daxildir. Amiqdalin güclü xərçəngəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, lakin çoxlu miqdarda istehlak etdikdə zəhərlənməyə səbəb ola bilər.
Qırmızı alça növləri daha faydalı sayılır.

Etiketlər: Alçanın, zəngin, təsir, azaldır, malikdir, riskini, liflər, müsbət, faydalı, kömək, tərkibində, orqanik, ziyanlı, prosesləri, sürətləndirir, şəkərli, inkişafı, metabolik, diabetin, orqanizmi
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN