• Qoz qabığını 10 dəqiqə qaynadın...

Reseptin məlumatları Baxış sayı: 186

Tarix : 13.09.2018, 14:00

Bölmə : Faydalı bitkilər


Qozun faydalarını saymaqla bitməz. Tərkibində zülal, lif, Omega 3, Omega 6 yağ turşuları olan qoz kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selenium, manqan mineralları və A, B1, B2, B6, C vitaminləri baxımından insan həyatında əhəmiyyətli qidalardan biridir.
Qabıqlı çərəzlərdən ən xeyirlisi olan qozun faydasını saymaqla qurtarmaz.
Qozun qabığından çay dəmləyib, qəbul etmək möcüzəvi bir təsirə malikdir.
Qoz və qabığı da çox qədim zamanlardan bu günə qədər müxtəlif xəstəliklərin müalicəsində və dərman istehsalında istifadə edilib.
Qozun quru qabığını çay kimi dəmləyib içmək soyuqdəymə və öskürəyə yaxşı təsir edir. Quru və ya təzə qoz qabığının dəmləməsi bağırsaqlarda olan qurdların müalicəsi üçün də müalicəvi təsirə malikdir. Gündə iki fincan qoz qabığı məhlulu ilə bu problemin öhdəsindən gəlmək olar.
Şəkər xəstəliyi, orqanizmdə D vitamini çatışmazlığından yaranan raxit xəstəliyi üçün də 10-15 ədəd qoz qabığına su ilə qaynadıb qəbul etmək faydalıdır.
Sızanaqlı dəri üzərinə sürülməsi sızanaqların və dəri ləkələrinin keçməsinə köməkçi olur.
Qoz qabığını (Quru və ya yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə bişirdikdən sonra saçlarımızı yuyanda saç tökülməsi dayanacaqdır.
Saçlarımız əvvəlki parlaqlığına qovuşacaq və təravətini itirmiş saçlarınız güclənəcəkdir.
Saçlar kəpəklərdən təmizlənmiş olacaq.
Saçlarımızı hazırladığımız su ilə hər gün yumağa davam etsək , saçlardakı ağ tüklərin azalmasının şahidi olacaqsınılz.
Qoz qabığının istifadə qaydası:
20 ədəd qozun qabığını (xarici qismindəki sərt olan qəhvəyi qabıqları), 1 litr suda 10-15 dəqiqə qaynadın. Əldə edilən qoz qabığının suyu ilə hər gün səhər-axşam iki dəfə saçlarınızı yuyun. Daimi tətbiqdən sonra qısa müddətdə saç tökülməsinin qarşısı alınır.

Etiketlər: qabığının, Qozun, qabığını, təsirə, etmək, qəbul, dəmləyib, malikdir, istifadə, sonra, xəstəliyi, qozun, dəqiqə, qabığı, saymaqla, Omega, müddətdə, dayanacaqdır, tökülməsi, yuyanda
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica