• Qarpızın faydaları

Reseptin məlumatları Baxış sayı: 1 840

Tarix : 21-09-2018, 14:00

Bölmə : Faydalı bitkilər


QARPIZ - Qarpız yaz aylarında artan hava temperaturu ilə birlikdə bədənin ehtiyac duyduğu suyu və qlikozanı təmin edən meyvə növüdür. Ana vətəni Afrikanın tropik bölgələridir. Daha sonra ticarət gəmiləri ilə Aralıq dənizi ölkələrinə yayılmışdır.

Bu gün dünyada təxminən 500 növ qarpız yetişir. Bunlar qabığının, çəyirdəklərinin formasına, rənginə və ağırlığına görə müxtəliflik göstərirlər.

Qarpız bol miqdarda C vitamini və antioksidan xüsusiyyəti ilə müxtəlif xərçəng növlərinə qarşı təsirli olan Beta karotin tərkiblidir.

Tərkibindəki yüksək miqdarda kalium ürək funksiyalarının və qan təzyiqinin tənzimlənməsinə kömək edir.

Eyni zamanda faydalı lif qaynağı olduğundan bağırsaq hərəkətlərini tənzimləyir və bağırsaq xərçənginin qarşısını almaqda də mühüm rol oynayır.

Qarpız çəyirdəkləri də içində olan Cucurbocitrin adlı maddə ilə qan təzyiqini salmağa və böyrək funksiyalarının tənzimlənməsinə kömək edir.

Tərkibində yağ və xolesterol olmadığından və kalorisi də aşağı olduğundan yay aylarında edilən dietlərdə xüsusi yeri var.

Şirin və sulu soyuq qarpız yay aylarının ən ləzzətli sərinlədicisidir. Tərkibindəki bol su və vitaminlərlə sağlam qidalanmada əhəmiyyətli rol oynayır.
Etiketlər: Qarpız, bağırsaq, miqdarda, oynayır, Tərkibindəki, qarpız, kömək, olduğundan, funksiyalarının, tənzimlənməsinə, aylarında, almaqda, mühüm, kalium, yüksək, çəyirdəkləri, qarşısını, tənzimləyir, faydalı, zamanda
BİZİ İZLƏYİN