• Küncüt faydaları

Reseptin məlumatları Baxış sayı: 287

Tarix : 1.10.2018, 14:00

Bölmə : Faydalı bitkilər




Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur. Küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da istifadə olunur.

Küncütün bir çox faydalı xüsusiyyətləri var:
— Bu bitkinin tərkibində güclü antioksidant olan «sezamin» maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, «pis» xolesterolun səviyyəsini aşağı salır.

— Küncüt bir çox vitamin (A,B qrupu, C, E) və minerallarla (kalium, maqnezium, dəmir, kalsium, fosfor) zəngindir. Bu səbəbdən küncüt yaz və payız hipovitaminozlarının (vitamin çatışmazlığı) profilaktikasında uğurla istifadə oluna bilər.

— Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Məhz bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün ən vacib minerallardır.

— Küncüt lesitinlə zəngindir. Lesitin baş beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyəsini aşağı salır. Lesitin uşaqlar üçün xüsusilə vacibdir — bu maddə uşağın sinir sisteminin normal formalaşmasında və inkişafında böyük rol oynayır.

— Küncütdə fitosterin var. Bu maddə immun sistemini möhkəmləndirir və həmçinin aterosklerozun və piylənmənin qarşısını alır.

— Küncüt saç və dərinin vəziyyətinə müsbət təsir edir.

— Küncüt kalsium və fosforla zəngindir. Bu iki mineral sümüklərin sağlamlığını və möhkəmliyini təmin edir. Məhz bu səbəbdən mütəxəssislər küncüt toxumlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etməyi tövsiyə edir.

— Küncütün tərkibində fitoestrogenlər var. Bu maddələr qadın sağlamlığı üçün xüsusilə faydalıdır — qadın cinsiyyət sistemi xəstəliklərinin, mastopatiyanın riskini azaldır.

— Küncüt güclü afrodiziak sayılır (cinsi meyli artıran maddə). Küncütü çiy halda müxtəlif meyvə və tərəvəz salatlarına, sıyıqlara, süd məhsullarına (kəsmik, yoqurt) əlavə etmək olar. Gün ərzində 2-3 çay qaşığı küncüt yeyə bilərsiniz.

Etiketlər: Küncüt, istifadə, küncüt, maddə, olunur, zəngindir, Küncütün, salır, vitamin, aşağı, xolesterolun, qadın, xəstəliklərinin, profilaktikasında, xüsusilə, sağlamlığını, sistemi, faydalıdır, normal, səbəbdən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN