• Qarpız tumunun faydaları

Reseptin məlumatları Baxış sayı: 2 325

Tarix : 12-11-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Çox insan qarpısı sevsə də tumlarını tullayır. Amma bu düzgün hərəkət deyil. Çünki bu çəyirdəklərin insanın sağlamlığına faydası çoxdur. Əgər tumlarını bütün olaraq udsanız, bunun bədənə heç bir xeyiri olmaz. Amma çay hazırlayıb içsəz, müsbət nəticəni görəcəksiniz. Qarpızın tumunda olan liflər həzm sisteminin normal işləməsi bağımından faydalıdır.

Qarpızın tumu insanı parazitlərdən qoruya bilir. Bədənin bağırsaq qurdlarından təmizlənməsi üçün ilıq süddə əlavə olunmuş qarpız tumları tozu istifadə edilir. Bu qarışım bir həftə boyunca səhər və axşam istifadə edilir. Tumlarda olan sitrülin maddəsi antioksidan təsiri göstərərək damarların genişlənməsinə və arteriya təzyiqini aşağı salmağa kömək edir.

Elm adamlarına görə qarpız tumları böyrəklər üçün də xeyirlidir. Ayrıca qarpız tumları yaddaşı gücləndirməyə də kömək edir.
Etiketlər: tumları, qarpız, edilir, Qarpızın, istifadə, kömək, tumlarını, qarışım, boyunca, axşam, səhər, həftə, bağırsaq, süddə, təmizlənməsi, əlavə, olunmuş, Tumlarda, qurdlarından, maddəsi
BİZİ İZLƏYİN