• Qozun içindəki qabığın faydaları

Reseptin məlumatları Baxış sayı: 4 683

Tarix : 14-11-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Qozun daxilindəki pərdə kimi qabığına fikir versəniz görərsiniz ki, ağciyərə bənzəyir. Bu qabıqların çox az hissəsi belə qaynadılaraq içildiyində, ağciyərləri təmizlədiyi və ağciyərlərdəki bəlğəmi nizamlı istifadə də tamamilə yox etdiyi deyilir.

Eyni zamanda tərkibində olan omeqa6 vitaminləri və digər faydalı mineral, yağ yandıran maddələr aktiv hala gəlir və faydalı xolestrol ilə damar sağlamlığını qoruyur. Ancaq pis xolestrolu olanların qoz içi ilə birlikdə mütləq qozun içindən çıxan qabıqları çay ilə bərabər istifadəsi tövsiyə edilir.

Əgər arıqlamağınız üçün pəhrizlər də sizə kömək etmirsə, qozun iç qabığı sizə kömək edə bilər. Ayrıca prostat xərçəngi, qalın bağırsaq və döş xərçəngindən qorunmağınızı təmin edir, immunitet sisteminizi də gücləndirir.

Bir neçə qabığı 1 fincan suda 2-3 dəqiqə, qırmızı rəng alana kimi qaynadın, bir az dəmləndikdən sonra hər gün 1 stəkan içə bilərsiniz.
Etiketlər: kömək, faydalı, qozun, qabığı, arıqlamağınız, Ayrıca, pəhrizlər, bilər, etmirsə, edilir, tövsiyə, içindən, mütləq, birlikdə, çıxan, qabıqları, istifadəsi, bərabər, prostat, xərçəngi
BİZİ İZLƏYİN