• Qara çörək otunun faydaları

Reseptin məlumatları Baxış sayı: 13 802

Tarix : 25-11-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Toxum vəziyyətində istfadə etdiyimiz qara çörək otunu artıq günümüzdə soyuq press üsulu ilə istehsal edilən yağlarını da istifadə edə bilərik. Qara çörək otunun tərkibində proteinlər, karbohidronatlar və bitki mənşəli yağlar var, omeqa6 və omeqa3-lə də zəngindir. B12, B2, B və C vitamini tərkibli qara çörək otu həmçinin kalsium, dəmir, fosfor və sink baxımından da zəngindir. Mz. Peyğəmbərimiz 14-cü əsrdə belə buyurmuşdur: "Bu qara dənədə ölümdən başqa hər dərdə dəva vardır."

- Yağaları sağaldıcı xüsusiyyəti vardır.
- Qızdırma endirici və ağrı kəsicidir. Xüsusilə, baş və diş ağrısını kəsməkdə istifadə edilə bilər.
- Bağırsaq bakteriyalarından xilas olmaq üçün istifadə edilir, bağırsaq qurdlarını salmaq kimi təsiri vardır.
- Həzm sistemini rahatladır, qaz problemlərinə kömək edir.
- Qəbizliyin qarşısını alır.
- Burun tutulmasının qarşısını alır.
- Qan təziyiqini və yüksək təzyiqi aşağı salır.
- Xolestrolu aşağı salıcı təsiri ilə xolestrolu tarazlaşdırmağa kömək edir.
- İmmunitet sistemini gücləndirərək xəstəlilərə qarşı müqavimətli olmağınızı təmin edir.
- Oynaq ağrıları, revmatizma, oynaqlarda yaranan iltihablı vəziyyətlərdə istifadə edilə bilər.
- Əzələ ağrısı olanlar üçün qara çörək otu yağı masajı edilə bilər.
- Şəkər xəstələri üçün faydalıdır.
- Xərçəngə qarşı qoruyur.
- Sinusitə xeyirlidir.
- Sakitləşdirici xüsusiyyəti ilə stress və deresiyadan uzaqlaşdırır.
- Böyrəklərdə və öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır.
- Ürək sağlamlığını qoruyur.

Qara çörək otunun dəriyə faydaları:
- Dərini gözəlləşdirir. Qədim zamanlarda Misir kraliçası Kleopatranın gözəlliyinin qara çörək otundan gəldiyinə inanılmışdır. Buna görə gözəl görünmək üçün bu şəfalı bitkinin yağı və toxumları istifdə edilmişdir.
- Quru dərinin yenilər, dərinin quruyaraq çatlamasının qarşısını alar.
- Dəri xəstəliyi olan sədəf xəstəliyinin sağalmasına kömək edir.
- Ayaqlardakı dırnaq göbələyi və dəri göbələyi ilə yaranan şikayətlərdən xilas olmağınızı təmin edir.
Etiketlər: çörək, qarşısını, istifadə, kömək, edilə, bilər, vardır, qoruyur, xilas, otunun, xüsusiyyəti, zəngindir, qarşı, sistemini, təsiri, yaranan, olmağınızı, təmin, aşağı, dərinin
BİZİ İZLƏYİN