• Badamın faydaları nələrdir?

Reseptin məlumatları Baxış sayı: 2 957

Tarix : 27-03-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Badamın faydaları saydıqca bitməz. Tərkibində yağ da olan badamı normada yediyiniz müddətdə çox faydalı bir qidadır. İndi gəlin onun nəyə faydalı olduğuna baxaq:

Çiy, duzsuz və qovrulmamış badam (arada 10-15 ədəd) arıqlamağa kömək edir. Belə ki, onun tərkibində yağ olduğu üçün insanı tox saxlayır.

Badam zehndə və bədəndəki yorğunluğa faydalıdır. O həm də böyrək və sidik kisəsindəki iltihabları da aradan götürür.

Öd kisəsində daşların yaranmasının qarşısını alır.

İnsanı ürək-damar xəstəliklərindən qoruyur.

İmmun sistemini gücləndirir.

Badam yağı saça və dəriyə çox faydalıdır. Bir çox dəri kremlərinin də tərkibində badam yağı olur. Hər gün badam yemək dərini gözəlləşdirir.

Qan təzyiqini tənzimləyir.

Enerjini artıraraq insanın daha aktiv olmasına kömək edir.

Gündə 5 badam yemək qəbizliyin də qarşısının alınmasında çox faydalıdır.
Etiketlər: badam, faydalıdır, kömək, Badam, yemək, tərkibində, faydalı, sistemini, daşların, gücləndirir, kisəsində, İmmun, yaranmasının, damar, qarşısını, xəstəliklərindən, qoruyur, İnsanı, kremlərinin, aktiv
BİZİ İZLƏYİN