• Xurmanın bilmədiyimiz faydaları

Reseptin məlumatları Baxış sayı: 2 016

Tarix : 17-10-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Zəngin vitamin və mineral tərkibi ilə seçilən xurma min bir dərdə çarədir, desək yanılmarıq. Bir sıra xəstəliklərin müalicəsində bəzən dərmanlardan daha çox rol oynayır

Bakterisid təsiri
Xurma çox güclü bakterisid tərkibə malikdir. Dietoloqlar mədəsində problemi olan şəxslərə xurma yeməyi tövsiyə edirlər.

Yod mənbəyi
Müasir insanlar yod çatışmazlığından əziyyət çəkirlər. Yodun isə nə qədər gərəkli maddə olduğu heç kəsə sirr deyil. Bizim orqanizmimiz yodu sərbəst şəkildə hasil edə bilmədiyi üçün tərkibində yod olan qidalar qəbul etməyimiz lazımdır. Xurma isə yodla zəngin olan ən əsas məhsullardan birincisidir.

Ürək və damarlara xeyirlidir
Xurma həmçinin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün ən faydalı meyvədir. Çünki onun tərkibində olan şəkər, C və P vitamininin miqdarı damarların fəaliyyətini yaxşılaşdırır, orqanizmin gümrahlığına səbəb olur.

Arıqlamağa kömək edir
Artıq çəkidən xilas olmağa çalışanlara da şad xəbərimiz var: xurma həm də sizin üçündür! Orta ölçülü bir xurmanın cəmi 60 kilokalorisi var. Tərkibindəki qlükoza isə uzun müddət toxluq hissi yaradacaq.

Sağlam böyrəklər
Bütün bunlarla yanaşı, xurma sidikqovucu təsirə malikdir. Tərkibindəki maqnezium böyrəklərdə daşın yaranmasının qarşısını alır və onların fəaliyyətini daha da yaxşılaşdırır.

süfrem.az
Etiketlər: xurma, Xurma, insanlar, tərkibində, malikdir, fəaliyyətini, yaxşılaşdırır, əziyyət, Tərkibindəki, orqanizmin, səbəb, gümrahlığına, Arıqlamağa, xilas, çəkidən, Artıq, kömək, damarların, xəstəliklərindən, çəkən
BİZİ İZLƏYİN