• Fındığın bilmədiyimiz faydaları

Reseptin məlumatları Baxış sayı: 1 900

Tarix : 29-10-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Fındıq ən faydalı çərəzlərdən biridir. O qədər xeyirlidir ki, ondan tez-tez istifadə etmək lazımdır. Novruz bayramında isə həm çərəz kimi, həm də şirniyyatların tərkibində daha çox yeyirik. Bəs görən, bu bayram günləri belə çox qəbul etdiyimiz bu çərəzin bizə nə kimi xeyri oldu?

Fındıq – dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallarla, E vitamini ilə zəngindir. Hər gün 25-30 qr. fındıq yemək gündəlik E vitamini ethiyacını 100% ödəyir. Bu isə xərçəng riskinin azalması deməkdir.
O bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır.

Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığını aradan qaldırır, sümüklərin inkişafına kömək edir.
Fındıq yaş və quru şəkildə yeyilir. Qocalmanın qarşısını alır, tərkibindəki B6 vitamini sayəsində sinir sistemini bərkidir və orqanizmi stresə qarşı daha davamlı edir.

Yağı isə böyrək daşlarını salmağa kömək edir. Həmçinin dərini nəmləndirmək və parlaqlıq vermək üçün, eləcə də hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında fındıq yağının tayı-bərabəri yoxdur.

Lakin fındıq yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox məsləhət görülmür.

süfrem.az
Etiketlər: fındıq, Fındıq, vitamini, aradan, yemək, qaldırır, kömək, orqanizmi, bərkidir, sistemini, sinir, stresə, qarşı, daşlarını, böyrək, davamlı, sayəsində, qarşısını, sümüklərin, Qanazlığını
BİZİ İZLƏYİN