• Çuğunduru çox yesək...

Reseptin məlumatları Baxış sayı: 4 500

Tarix : 27-08-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Çuğundur çoxumuzun bəlkə də heç sevmədiyi və az istifadə etdiyi tərəvəzdir. Lakin onun tərkibi insan sağlamlığı üçün lazım olan bir çox zəruri maddələrlə zəngindir. O, vitamin və minerallar baxımından sanki bir enerji anbarına bənzəyir. Elə odur ki, sağlamlıq mənbəyi olan bu tərəvəzi gündəlik rasiona daxil etmək lazımdır.

Çuğundura qırmızı rəngi verən piqmentler xərçəngə qarşı mübarizədə müsbət təsir göstərir. O, həmçinin minerallar, A, B, C, P vitaminləri, fosfor, dəmir, mis, maqnezium, kalsium, brom və sinklə zəngindir.

Çuğundur:
İmmuniteti gücləndirir;
Qan artırır;
Qan təzyiqini salır;
İştahanı açır;
Orqanizmi radiasiyadan təmizləyir;
Həzmi yaxşılaşdırır;
Mikrobları öldürür;
Ürəyin işini tənzimləyir və oksigenlə təmin edir;
Qan damarlarının divarlarını bərkidir;
Zobdan əziyyət çəkənlərin dərmanıdır.

Kimlər bu tərəvəzdən istifadə edə bilməzlər?
Çuğundurun şirəsi də çox faydalıdır. Ürəkbulanma verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda saxlayıb içmək lazımdır. Mədə xorası və onikibarmaq bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə çuğundur şirəsi içmək məsləhət görülmür.

Çuğundur şirəsi hamilələr üçün də çox faydalıdır. Hamilələrin əksəriyətinin əziyyət çəkdiyi qəbizlik probleminin həllində çuğundur şirəsi və çuğundur tərkibli salatlar faydalı ola bilər. Ancaq hamilə qadınlara çuğundur şirəsini tək deyil, su ilə və ya digər meyvə-tərəvəz şirəsi ilə qarışdırıb, içmək məsləhət görülür.

süfrem.az
Etiketlər: çuğundur, şirəsi, Çuğundur, əziyyət, içmək, məsləhət, minerallar, faydalıdır, zəngindir, şirəsini, lazımdır, istifadə, bilməzlər, tərəvəzdən, Kimlər, dərmanıdır, Çuğundurun, tərəvəz, meyvə, verməməsi
BİZİ İZLƏYİN