• Siz heç qulançar yemisinizmi?

Reseptin məlumatları Baxış sayı: 8 931

Tarix : 23-11-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Dünyanın ən faydalı tərəvəzinin mövsümüdür! Böyrəklərin fəaliyyətini yaxşılaşdırır, xərçəngə qarşı əla profilaktik vasitədir! Bu tərəvəzdən müntəzəm istifadə qanı da təmizləyir. Fol turşusu ilə zəngin olduğundan xüsusilə hamilələrin yeməsi vacib olan qidalardandır.

Qulançar afrodiziakdır. Cinsi istəyi artırır, spermanın keyfiyyət və kəmiyyətinə müsbət təsir edir. Bir neçə gün bu bitki ilə qidalansanız, özünüz bu sahədəki müsbət dəyişikliyi görəcəksiniz.
Tərkibində asparagin turşusu olduğundan qan təzyiqini aşağı salır. Hipertoniyadan əziyyət çəkənlərə məsləhət görülmür.

Qulançar (sparja) 3 növdə olur: ağ, yaşıl və bənövşəyi. Ağ daha zərif dada malikdir, onda kalori çoxdur. Yaşıl nisbətən tünd dadlıdır, daha çox vitamin və antioksidantlarla zəngindir.
Aprel-may-iyun aylarında dünyanın ən yaxşı restoranlarında qulançarlı yeməklər menyuya daxil edilir. Qulançar ən arzulanan qarnir kimi sevilir.

Bəs siz necə, qulançarı hazırlaya bilirsizmi?
Onu 3 cür hazırlamaq olar:
Çiy
Suda bişmiş
Qızardılmış və qrildə
20150421-asparagus-roundup

Qulançar xüsusi bıçaq və ya kartof soyanla təmizlənir. Mütləq aşağı ucu (qalın olduğuna görə) 2-3 sm. kəsilir. Yaşıl qulançarı ortadan aşağıya doğru, ağ qulançarın isə yalnız baş uc hissəsini təmizləyirsiz. Qulançarı dəstələyib, su altında sadəcə yaxalayırsız.
Ən rahat üsul – qaynar, duzlu suda bir neçə dəqiqə saxlayıb pörtlətməkdir. Qulançarı çox qaynatmaq olmaz.
Çiy və ya suda pörtlədilmiş qulançar salatlara, omletə, sendviçlərə, yumurtanın yanına, pizzaya, pendirə ideal uyğundur.

Sparjanı boşqabdan əllə götürüb, ucundan başlığa doğru yeyirlər. Qulançarın dadını limon suyu daha da yaxşı edir.
Əgər qulançarı qaynar sudan çıxarıb dərhal soyuq suya salsanız, o rəngini saxlayacaq və daha xırçıltılı olacaq.
Qrildə isə sparjanı sadəcə qızardıb, üzərinə zeytun yağı çiləyirsiz.

Bişirilmə dəqiqəsi:
Buxarda – 5 dəqiqə
Qaynar suda 2-3 dəqiqə
Qrildə 3 dəqiqə
Sobada–5 dəqiqə
Qulançar əllə və ya çəngəldə götürüldükdə əyilməməli, büzüşməməlidir. Onu qədərindən artıq bişirsəniz, faydalı maddələri məhv olacaq.

Qulançarı bir çox iri marketlərdə və bazarlarda əldə edə bilərsiz. Əsas odur ki, cavanlıq və gözəllik mənbəyi olan qulançarın yanından biganə keçməyəsiz.

süfrem.az
Etiketlər: Qulançar, dəqiqə, qulançarı, Qulançarı, qaynar, olduğundan, olacaq, Qrildə, müsbət, qulançarlı, yaxşı, aşağı, turşusu, doğru, faydalı, Yaşıl, qulançarın, sadəcə, yanına, pizzaya
BİZİ İZLƏYİN