• İkicə saatlıq qırmızı soğan kompressinin 1 illik faydası

Reseptin məlumatları Baxış sayı: 546

Tarix : 18.01.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Bədənin endokrin sisteminin normal işləməsi qalxanabənzər vəzin işindən birbaşa asılıdır. Orqanizm yod ilə kifayət qədər təmin olunduqda bu vəzin fəaliyyətində heç bir problem yaranmır. Lakin yod çatışmazlığı zamanı qalxanabənzər vəz böyüyür, insan özünü xroniki yorğun hiss edir, hormonal balans pozulur.

Qalxanabənzər vəzin işinin normallaşması üçün tərkibində yod olan məhsullardan - dəniz yosunları, dəniz balıqları, üzüm, alma, turşəng, qulançar, soğan çox istifadə etmək lazımdır. Əsasən də uşaqların və hamilə qadınların orqanizmi yoda daha çox tələb duyur.

Qırmızı soğanın tərkibində də çox miqdarda yol elementi mövcuddur.

Tərkibi:
•500 qr qırmızı soğan
•Steril tənzif və ya bint

Hazırlanması və istifadəsi:
1.Soğanı blenderdə və ya ətçəkən maşında xırdalayın.

2.Əmələ gələn sıyığabənzər kütləni tənzifə qoyun və boğazınızın üzərində 2 saat saxlayın.

3.Kompressin üzərinə kağız və ya sellofan örtün. Daha sonra boğazınızı isti şərflə bağlayın.

Bu cür kompressi 1 ay ərzində həftədə 2 dəfə etmək lazımdır. Bu yolla qalxanabənzər vəzinizi tamamilə sağaldaraq 1 il boyunca qoruyacaqsınız.
Etiketlər: qalxanabənzər, vəzin, tərkibində, lazımdır, etmək, soğan, dəniz, blenderdə, ətçəkən, maşında, sıyığabənzər, gələn, Əmələ, xırdalayın, Soğanı, tənzif, mövcuddur, elementi, miqdarda, soğanın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN