• Beyini qoruyan, arıqladan, qəbizlikdən xilas edən qeyri-adi məhsul

Reseptin məlumatları Baxış sayı: 2 451

Tarix : 9-02-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Kərəviz bizdə kifayət qədər yaxşı tanınsa da onun qalın gövdələri və kökü demək olar ki, istifadə olunmur.

Lakin məhz bu gövdələr kərəvizin ən faydalı hissəsidir. Qidalı liflərlə olduqca zəngin olan bu gövdələr bağırsağı əla təmizləyir, qəbizliyin qarşısını alır.

Həmçinin kərəvizin gövdələri "mənfi kalorili" məhsuldur. 100 qr kərəviz gövdələrinin enerji dəyəri yalnız 18 kkal-dir. Lakin bu məhsulun həzmi üçün orqanizm daha çox kalori sərf edir. Məhz bu səbəbdən kərəvizin gövdələri bir çox pəhrizlərə daxil edilir. Arıqlamaq istəyirsinizsə, mütləq bu məhsula fikir verin.

Kərəviz C vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, dərini daha cavan və elastik edir.

Həmçinin yeni araşdırmalar göstərib ki, onun tərkibində olan bəzi maddələr beyini qoruyur, beyində gedən qocalma proseslərini ləngidir, yaddaşı möhkəmləndirir.

Kərəvizin tərkibində olan "apigenin" adlı maddə güclü xərçəng əleyhinə təsirə malikdir.

Kərəviz gövdələri və kökü supermarketlərdə satılır. Kərəviz gövdələrini salatlara, smuzilərə, suplara, istənilən digər yeməklərə əlavə etmək olar.
Etiketlər: Kərəviz, gövdələri, kərəvizin, Lakin, tərkibində, Həmçinin, gövdələr, qoruyur, beyində, beyini, gedən, qocalma, zəngindir, ləngidir, proseslərini, maddələr, göstərib, elastik, cavan, dərini
BİZİ İZLƏYİN