• Kivinin saymaqla bitməyən faydaları

Reseptin məlumatları Baxış sayı: 113

Tarix : 10.02.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Kivinin vətəni Çindir. Bu meyvə yalnız 20-ci əsrin ortalarından dünyada tanınmağa başlayıb.

Lakin buna baxmayaraq kivi hal hazırda ən sevilən meyvələrdən biridir. Qeyri-adi xoş dada malik olan bu meyvə həmçinin çox faydalıdır.

1. Tərkibində olan C vitamininə görə kivi əsl çempiondur. Sitrus meyvələrində bu vitamin daha azdır. Belə ki, gün ərzində yalnız 1 kivini yeməklə orqanizmin C vitamininə olan tələbatını tam ödəmək olar.

C vitamini damarlarımızı qoruyur, onları elastik və möhkəm edir və bununla da infarkt və insultun riskini azaldır.

2. Kivi kaliumla zəngindir. Kalium üzəyin normal fəaliyyəti üçün ən vacib olan mineraldır.

3. Tərkibində kalium və qidalı liflərin olduğuna görə kivi bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Həkimlər qəbizlikdən əziyyət çəkənlərə yatmazdan əvvəl 2 kivi yeməyi tövsiyə edirlər.

4. Kivi həzm proseslərini (xüsusilə zülalların parçalanmasını) yaxşılaşdırır, yeməkdən sonra köp və ağırlığın əmələ gəlməsinin qarşısını alır.

5. Kivi arıqlamağa da kömək edir. Bu səbəbdən bu meyvə tez-tez pəhrizlərə daxil edilir.

6. Kivi dərinin cavanlığını təmin edən kollagen liflərinin sintezini stimullaşdırır, dərini cavanlaşdırır, qırışların əmələ gəlməsini ləngidir.

7. Kivi kişi cinsiyyət sistemi üçün çox faydalıdır.

8. B qrupu vitaminləri ilə zəngin olan kivi sinir sisteminə müsbət təsir edir, insanın əhvalını yaxşılaşdırır, stresi azaldır.

Etiketlər: meyvə, yaxşılaşdırır, azaldır, əmələ, vitamininə, Tərkibində, faydalıdır, yalnız, yeməkdən, parçalanmasını, sonra, gəlməsinin, səbəbdən, kömək, arıqlamağa, qarşısını, ağırlığın, proseslərini, əziyyət, çəkənlərə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica