• Bu yazını oxuyandan sonra heç vaxt portağal qabıqlarını atmayacaqsınız

Reseptin məlumatları Baxış sayı: 2 263

Tarix : 13-02-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Portağal qabıqları insan sağlamlığı üçün meyvənin özündən də faydalıdır.

Portağal qabıqlarında olan qiymətli bioloji aktiv maddələr bizi bir çox xəstəliklərdən qoruya bilər. Odur ki, qabıqları atmayın, onları qurudun və yeməklərə, şirniyyatlara əlavə edin, çay kimi dəmləyib için. Həm dadlı, həm də çox faydalıdır.

Biolflavonoidlərlə zəngin olan portağal qabıqları ürək-damar xəstəliklərinin riskini azaldır, qanda xolesterinin səviyyəsini aşağı salır, iltihabı azaldır, yüksək təzyiqi tənzimləməyə yardım edir. Portağal qabıqlarından hazırlanmış çay əsl təbii ürək dərmanıdır. Çayı hazırlamaq üçün 1 portağalın qabıqlarını doğrayıb, termosa qoyun, üzərinə yarım l qaynar su töküb, 1-2 saat ərzində dəmləyin, sonra süzün və adi çay kimi için. Çaya bal əlavə edin.

Portağal qabığı ağız boşluğu gigiyenası üçün çox faydalıdır, burada yaşayan ziyanlı mikrobları öldürür, pis ağız qoxusunu yox edir, damaqları möhkəmləndirir. Həmçinin portağal qabığını çeynəmək dişləri ağardır.

Portağal qabığı ag ciyərin fəaliyyətini yaxşılaşdırır, bəlğəmi duruldur və nəfəs yollarından çıxmasını asanlaşdırır. Öskürək və bronxit zamanı portağal qabıqlarından hazırlanmış çay için. Belə çay həmçinin soyuqdəymə və qripp zamanı da çox faydalır.

Portağalın ağ qabığı xərçəng əleyhinə təsirə malikdir, xüsusilə bu bağırsaq xərçənginə aiddir.

Portağal qabıqları həzm və maddələr mübadiləsi proseslərini sürətləndirir, arıqlamağa kömək edir.

Portağal qabığı C vitamini ilə çox zəngindir. Bu vitamin damarların sağlamlığını və dərinin cavanlığını qoruyur.
Etiketlər: Portağal, qabığı, qabıqları, portağal, faydalıdır, maddələr, qabıqlarından, əlavə, hazırlanmış, azaldır, zamanı, duruldur, yaxşılaşdırır, bəlğəmi, Öskürək, çıxmasını, nəfəs, asanlaşdırır, yollarından, dişləri
BİZİ İZLƏYİN