• Portağal tək C vitamini deyil... Bilmədiyiniz faydaları

Reseptin məlumatları Baxış sayı: 83

Tarix : 15.02.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Bir çoxların fikrinə görə, portağalın əsas faydası tərkibində çoxlu miqdarda C vitamini ilə bağlıdır.

Portağal həqiqətən bu vitaminlə olduqca zəngindir. Yalnız 1 meyvənin tərkibində 1 günlük C vitamininin dozası var.

Lakin portağal digər faydalı maddələrlə də zəngindir.

Belə ki, onun tərkibində A, B1, B2, B9, PP, E vitaminləri, dəmir, marqans, yod, kobalt, mis, ftor, sink, kalium, kalsium, maqnezium, fosfor, flavonoidlər, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var. Məhz bu səbəbdən portağal orqanizmin bir çox orqan və sistemləri üçün çox xeyirlidir.

1. Portağal orqanizmə xərçəng əleyhinə təsir edir. Onun tərkibində D-limonen maddəsi var. Bu maddə dəri, süd vəzi, ağciyər, ağız və yoğun bağırsaq xəsrənginin profilaktkasında böyük rol oynayır.

2. Dediyimiz kimi, portağal C vitamini ilə çox zəngindir. C vitamini soyuqdəymə və qripp xəstəlikləri zamanı daha tez sağalmağa kömək edir. Həmçinin C vitamini damarların sağlamlığı üçün çox vacibdir, damarların sərtləşməsinin qarşısını alır.

3. Portağal arterial təzyiqi aşağı salır, ürəyə düşən gərginliyi və ürək xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

4. Portağal böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

5. Liflərlə zəngin olan portağal (xüsusilə onun ağ qabığı) qanda xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir.

6. Portağal pektinlərlə zəngindir. Bu maddələr orqanizmi şlak və toksinlərdən təmizləyir.

7. Portağal insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, orqanizmin tonusunu artırır, yorğunluğu azaldır.

8. Portağalın tərkibində olan antioksidantlar, C vitamini və fol turşusu spermanın keyfiyyətini yaxşılaşdırır.

9. Portağal orqanizmdə iltihabları azaldır.

10. Mis, dəmir və fol turşusunun sayəsində portağal qanın tərkibini yaxşılaşdırır.

Etiketlər: Portağal, tərkibində, vitamini, azaldır, portağal, zəngindir, yaxşılaşdırır, təmizləyir, əmələ, aşağı, salır, qarşısını, damarların, maddələr, orqanizmin, faydalı, riskini, dəmir, böyrəklərdə, Liflərlə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica