• Adi ispanağın bu faydalarına inanmayacaqsınız!

Reseptin məlumatları Baxış sayı: 134

Tarix : 17.02.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Əslində ispanaq göyərti deyil, yarpaq tərəvəzdir.

İspanaq olduqca faydalı və diyetik məhsuldur. Bütün dünyada qida mütəxəssisləri və diyetoloqalar ən faydalı məhsulların siyahısını tərkib etdikdə mütləq ora ispanağı da daxil edirlər.


1. Raş Universitetinin (ABŞ) alimləri sübut edib ki, ispanaq beyinin qocalmasını xeyli ləngidir, Alsheymer xəstəliyinin və demensiyanın qarşısını alır.

2. İspanaq əzələləri daha güclü edir, əzələ toxumasını artırmağa yardım edir.

3. İspanaq ürəyin sağlamlığını qoruyur. Omeqa-3 maddəsi ilə zəngin olan ispanaq ürək və damar xəstəliklərinin riskini azaldır.

4. Amerika alimləri aşkar ediblər ki, ispanağın müntəzəm istehlakı ürəyin rimini normallaşdırır, aritmiyadan əziyyət çəkənlərə kömək edir.

5. İspanaq tərkibində olan nitratların sayəsində damarları genişləndirir, arterial təzyiqi aşağı salır.

6. Lütein və zeksantin maddələri ilə zəngin olduğundan ispanaq gözlərimiz üçün ən faydalı məhsullardan biridir. İspanaq gözləri yayılmış göz xəstəliyi olan kataraktanın inkişafından qoruyur.

7. İspanaq arıqlamağa kömək edir.

8. Alimlərin fikrinə görə, ispanaq güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusilə boğaz, qida borusu, dəri və ağciyər xərçənginə aiddir.

9. İspanaq dərinin vəziyyətini yaxşılaşdırır, dərinin qocalmasını ləngidir.

10. İspanaq qidalı liflərlə zəngin olduğundan xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir, bağırsaqların fəaliyyətini gücləndirir, qəbizliyin qarşısını alır.

11. İspanaq maqneziumla zəngindir. Maqneziumun orqanizmdə əskikliyi yaxşı əhvalımıza "cavabdeh olan" serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. Bu isə depressiyanın inkişafına gətirib çıxarda bilər.

Etiketlər: İspanaq, ispanaq, faydalı, zəngin, kömək, qarşısını, ləngidir, qocalmasını, ürəyin, alimləri, salır, qoruyur, dərinin, olduğundan, aşağı, güclü, xüsusilə, malikdir, borusu, xərçənginə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica