• Armudun müalicəvi xüsusiyyətlərindən siz də xəbərdar olun

Reseptin məlumatları Baxış sayı: 2 039

Tarix : 18-03-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Armud eramızdan üç min əvvəl yetişdirilməyə başlanılıb və şumer həkimləri onu müalicə məqsədilə tətbiq ediblər.

Homerin "Odisseya" əsərində armud haqqında xatırlatma verilir. Hətta qədimdə rus kəndliləri armudu qurudur, onu toz halına salaraq şirin kökə bişirirdilər.

Armud orqanizmə möhkəmləndirici, sidikqovucu, dezinfeksiyaedici, qızdırmasalıcı, öskürək və iltihab əleyhinə təsir göstərir. Bu məqsədlə bitkinin nəinki təzə, həmçinin quru meyvələri və şirəsindən də istifadə edilir. Şəkərli diabet xəstələrinə onu müalicəvi qida kimi verirlər. Tər yarpaqlarında fungisit təsir göstərən maddələr var.

Armud mədəaltı vəzin fəaliyyətinin pozulması zamanı tətbiq edilir. Tərkibinə daxil olan unikal efir yağları və bioloji aktiv maddələrin hesabına immun sistemin müqavimətini artırır, infeksiyalara dayanıqlığı təmin edir. Armud xroniki yorğunluqda, başgicəllənmədə, taxikardiyada, ağır fiziki yüklənmədə, iştaha pozulanda, yaraların sağalması, həm də anemiya zamanı geniş istifadə olunur.

Meyvənin tərkibindəki üzvi turşular həzmə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır, qaraciyər və böyrəklərin fəaliyyətini stimullaşdırır. Prostatitin müalicəsində də çox yaxşı səmərə verir. Armudu acqarına, ət yeməklərindən əvvəl və ya su ilə birlikdə yemək məsləhət deyil.

Armudun növlərindən olan quşarmudu avitaminozların, xüsusilə sınqanın müalicəsi və profilaktikasında istifadə edilir. Tərkibindəki karotinin miqdarına görə hətta bəzi kök sortlarını da üstələyir. Təzə dərilmiş kal quşarmudu ishal əleyhinə təsirə malikdir. İshala meyillik olanda isə quşarmudunun meyvələrindən istifadə etmək olmaz. Tərkibində sorbit olduğuna görə vərəmin yüngül formalarında və diabetli xəstələrə məsləhət görülür. Yarpaqları göbələk əleyhinə təsir göstərir.
Etiketlər: Armud, istifadə, təsir, əleyhinə, edilir, quşarmudu, maddələr, əvvəl, tətbiq, məsləhət, göstərir, zamanı, yaxşı, müalicəsində, Prostatitin, səmərə, yeməklərindən, stimullaşdırır, yemək, birlikdə
BİZİ İZLƏYİN