• Şabalıdın sağlamlığa faydaları və ziyanları

Reseptin məlumatları Baxış sayı: 2 058

Tarix : 16-03-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Azərbaycanda şabalıd mətbəxdə daha çox plov və bəzi xörəklərdə istifadə edilir.

Bundan başqa qovrulmuş şabalıdı xoşlamayan demək olar ki, yoxdur.

Şabalıdın tərkibində dəmir, kalium, maqnezium, sink, A, E və C vitaminləri var.

Kalium və maqneziumla zəngin olduğundan şabalıd ürək-damar sistemi üçün çox faydalıdır - qan təzyiqini stabilləşdirir, ürək və damarları xəstəliklərdən qoruyur.

100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbonhidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

Şabalıdın tərkibindəki A vitamini infeksiyalara qarşı orqanizmi qoruyur. C və E vitaminləri isə immuniteti gücləndirir. Qripə qarşı orqanizmi qoruyur, hüceyrələrin yaşlanmasının qarşısını alır.

Rus alimləri bildirirlər ki, şabalıd bir sıra xroniki xəstəliklərin müalicəsində faydalıdır. Belə ki, şabalıd suyu kapilyarların elastikliyini bərpa edir və varikoz genişlənməsinin qarşısını alır.

Şabalıd yuxarı tənəffüs orqanlarına müsbət təsir edir, həzm prosesini sürətləndirir.

Şabalıd suyu həmçinin babasil, ishal və malyariyada da təsirlidir.

Lakin şabalıdın həddən artıq istehlakı bir sıra problemlərə səbəb ola bilər - həzm problemləri, qarın ağrısı və s.

Mütəxəssislər gün ərzində 5-6 şabalıd yeməyi tövsiyə edirlər.

Diabet xəstələri də şabalıd yeyərkən diqqətli olmalıdırlar.

Bundan başqa şabalıdı qovuranda alova çox yaxındırsa, orqanizmə kanserogen təsir göstərə bilər.
Etiketlər: şabalıd, Şabalıd, qoruyur, təsir, tərkibində, qarşı, faydalıdır, Şabalıdın, vitaminləri, orqanizmi, qarşısını, Bundan, şabalıdın, bilər, başqa, şabalıdı, artıq, malyariyada, təsirlidir, həddən
BİZİ İZLƏYİN