• Ürək, beyin və damarları sağlam edən mövsümi meyvə

Reseptin məlumatları Baxış sayı: 196

Tarix : 30.03.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Aminturşuları, vitamin və minerallarla zəngin olduğundan nar bütün orqanizm üçün faydalı sayıla bilər.

Nar damarların sağlamlığı üçün xüsusilə xeyirlidir. Meyvənin istehlakı damarların elastikliyini artırır, stenokardiya və digər ürək problemlərinin inkişafının riskini azaldır.

Nar güclü antioksidantlar olan polifenol və flavonoidlərlə zəngindir. Bu maddələr orqanizmi həm ürək-damar sistemi xəstəliklərindən, həm də xərçəngdən qoruyur.

ABŞ-da aparılmış bir araşdırma zamanı alimlər aterosklerozdan əziyyət çəkən bir qrup xəstələrə hər gün 30 qr təbii nar şirəsini içməyi tövsiyə ediblər. 1 ildən sonra müayinə zamanı aşkar olunub ki, xəstələrin damarlarında yığılmış xolesterinin miqdarı 30%, arterial təzyiq isə 12% azalıb.

Mütəxəssislər sübut edir ki, damarlarda trombların əmələ gəlməsinə mane olan nar infart və insultun effektli profilaktikası sayıla bilər.

Nar beyinə də çox müsbət təsir edir - Alsheymer xəstəliyinin riskini azaldır, serotonin hormonunun ifrazını aktivləşdirərərk stress və depressiya ilə mübarizə etməyə kömək edir.
Etiketlər: bilər, damarların, azaldır, zamanı, sayıla, riskini, arterial, miqdarı, xolesterinin, yığılmış, təzyiq, azalıb, damarlarda, sübut, Mütəxəssislər, damarlarında, xəstələrin, ildən, ediblər, tövsiyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN