• Adi çuğundurun orqanizmə olan inanılmaz faydaları

Reseptin məlumatları Baxış sayı: 86

Tarix : 25.04.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Çuğundur bağırsaqlar üçün ən faydalı tərəvəzlərdən biridir.

Qidalı liflərlə zəngin olduğundan çuğundur bağırsaqları yaxşı təmizləyir, xeyirli mikrofloranın artmasına kömək edir, bağırsaq xərçənginin riskini azaldır.

Mütəxəssislər çuğunduru beyin üçün də çox xeyirli hesab edir. Çuğundur beyinin fəaliyyətini stimullaşdırır, beyin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır, Alsheymer xəstəliyinin riskini azaldır.

Çuğundur qanazlığı zamanı da faydalı sayılır. Lakin bunun səbəbi çuğundurda olan dəmir deyil. Dəmirin əsas mənbəyi ətdir. Çuğundurda dəmir azdır. Bundan əlavə meyvə və tərəvəzlərdə olan dəmir orqanizm tərəfindən çox pis mənimsənilir. Çuğundurun qana olan faydası onun tərkibində olan fol turşusundadır.

Çuğundur qaraciyər üçün də çox faydalı sayılır. Mütəxəssislərin müşahidələrinə görə, çuğundurun müntəzəm istehlakı qaraciyərin piylənməsinin qarşısını alır, qaraciyərin hüceyrələrini qoruyur və onların həyatını uzadır.

Çuğundur ürək-damar sisteminin sağlamlığını qoruyur, yüksək arterial təzyiqi salır.

Çuğundurun tərkibində olan "betasianin" adlı maddə çox güclü antioksidantdır. Betasianin prostat vəzi və süd vəzi xərçənginin inkişafını ləngitmək xüsusiyyətə malikdir.
loading...

Etiketlər: Çuğundur, dəmir, faydalı, riskini, xərçənginin, sayılır, azaldır, qoruyur, qaraciyərin, beyin, tərkibində, xeyirli, Çuğundurun, orqanizm, müntəzəm, istehlakı, tərəvəzlərdə, meyvə, piylənməsinin, çuğundurun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN