• Naringinin ağ liflərini atmayın - BU XƏSTƏLİKLƏRİN DƏRMANIDIR

Reseptin məlumatları Baxış sayı: 2 045

Tarix : 7-04-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Payız fəslində ən çox yeyilən meyvələrdən biri də naringidir.

C vitamini ilə zəngin olan naringi bir çox xroniki xəstəliyə qarşı faydalıdır.

Naringi immun sistemini gücləndirir. 1 stəkan naringi dilimində gündəlik lazım olan C vitamininin yarısından çoxu var. C vitamini sağlam dəri və toxumaların yaranması və fəaliyyəti üçün vacibdir. Eyni zamanda ürək-damar xəstəliklərinin riskini azaldır.

C vitamini ilə ağ ciyər, döş, qida borusu və mədə xərçəngi kimi bəzi xərçəng növlərinin qarşısını almaq olur. C vitamini orqanizmdə kollagen sintezi üçün də çox vacibdir.

Kollagen yaraların sürətlə sağalmasını təmin edir. C vitamini eyni zamanda digər qidalarla qəbul edilən dəmir mineralının da sovrulmasını təmin edir.

Naringinin tərkibində olan A vitamini göz sağlamlığı sağlam sümük və hüceyrə böyüməsi üçün vacibdir.

Naringinin tərkibindəki ağ liflər çox faydalıdır. Tərkibində potasium bol olduğu üçün qan təzyiqini aşağı salır. Qanı təmizləyir, damarların sağlamlığını qoruyur, ürək-damar xəstəliklərinə qarşı faydalıdır.

Naringinin tərkibindəki B vitamini DNA və RNA-nı bərpa edir, yeni hüceyrələrin yaranmasını dəstəkləyir. Flavonoidlər sərbəst radikalları neytrallaşdırır. Nobiletin flavonoidi köklüyün qarısını almağa, diabetlə savaşmağa və xolesterolu azaltmağa kömək edir. Naringinin tərkibindəki tangeritin adlı digər flavonoid isə yağlı qara ciyər xəstəliyi və damar sərtləşməsinin qarşısını alır. Bu meyvənin tərkibində olan folat xərçəngə səbəb ola biləcək DNA dəyişikliklərinin də qarşısını alır.

Naringinin tərkibindəki hesperidin kollagen istehsalı üçün C vitamini ilə birlikdə hərəkətə keçir. Bu meyvə dərmanlar, çirkli hava, xəstəliklər, siqaret çəkmək, kimyəvi məhsullar, UV şüalanmasının mənfi təsirlərini azaldır.

Naringidəki ağ liflər immun sistemini və yaddaşı gücləndirir.
Etiketlər: vitamini, Naringinin, tərkibindəki, faydalıdır, damar, qarşısını, vacibdir, liflər, zamanda, tərkibində, ciyər, sağlam, azaldır, gücləndirir, immun, naringi, digər, kollagen, qarşı, təmin
BİZİ İZLƏYİN