• Yorğunluğu aradan qaldıran tərəvəz

Reseptin məlumatları Baxış sayı: 4042

Tarix : 1.05.2015, 11:00

Bölmə : Faydalı bitkilər

Resepti göndərən : DADLI


Bu dəfə haqqında məlumat verəcəyimiz tərəvəzin hamı tərəfindən bəyənildiyini deyə bilmərik. Ancaq onun orqanizmə faydaları o qədər çoxdur ki, onu başqa heç bir tərəvəz və meyvə ilə müqayisə etmək mümkün deyil. Söhbət bamyadan gedir. Biz bu tərəvəzi yeməklərimizdə istifadə etməsək də, bir çox ölkənin, o cümlədən, qonşu Türkiyənin mətbəxində önəmli yer tutur.

Bamyanın tərkibindəki polifenol maddələr insan sağlamlığı baxımından çox əhəmiyyətlidir.

Polifenol ən təsirli antioksidantlardan hesab olunur. Antioksidant yalnız xərçəngin deyil, alzeymer, ürək damar xəstəliklərinin də ən böyük düşmənidir. Demək olr ki, bütün xroniki xəstəliklərdən xilas olmaq üçün antioksidantlarla zəngin qidalar yemək laızmdır.

Bamyanın tərkibindəki digər bir faydalı maddə isə müsilajdır. Bu maddə insanın xərçəng xəstəliyinə yaxalanma riskini azaldır.
Xüsusilə də, mədə, bağırsaq, boğaz və ağız boşluğu xərçənginə qarşı təsirlidir.

Bamya liflə zəngin olduğundan bağırsaqları xəstəliklərdən qoruyur.

Probiyotik xüsusiyyətə sahib olduğu üçün bağırsaqlardakı faydalı bakteriyaları qidalandırır.

Bamya xolesterin problemindən azad olmaq üçün də ideal qidadır. Bamyanın tərkibindəki faydalı maddələr xolesterinin bədəndən atılmasını təmin edir.

Minerallar baxımından da zəngin bamya halsızlığa qarşı çox təsirlidir. Xüsusilə, gün ərzində çox işlədiyiniz, özünüzü yorğun hiss etdiyiniz zaman bamya ilə hazırlanan xörək yeyərək, enerjinizi bərpa edə bilərsiniz.

Bamyadan pəhriz saxlayanlar da istifadə edə bilər. Çünki yüksək lifli olması insana toxluq hissi verir.

Qeyd edək ki, C vitamini baxımından da zəngin olan bamyada qış aylarında bol-bol istifadə etmək lazımdır.

Etiketlər: zəngin, Bamyanın, tərkibindəki, baxımından, istifadə, faydalı, Bamya, etmək, təsirlidir, deyil, olmaq, bamya, maddələr, qarşı, xəstəliklərdən, maddə, Xüsusilə, problemindən, xolesterin, qidalandırır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica