• Narın möcüzəvi faydaları

Reseptin məlumatları Baxış sayı: 19 723

Tarix : 11-05-2015, 13:00

Bölmə : Faydalı bitkilər


Hər meyvənin insan sağlamlığına xeyiri olduğu kimi narın da özünə xas faydaları var. Nar suyundakı antioksidan miqdarı yaşıl çay, portağal suyundan 3 qat daha çoxdur.1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir. Narin hər dənəsi ayrı bir şəfa mənbəyidir. Nar təzyiqi müsbət şəkildə nizamlayır, ürəyi qoruyur, nizamlı isləməsinə dəstək olur. İnfeksiyaya qarşı bədın müqavimətini qoruyur və artırır. İmmunitet sistemini gücləndirir ,bədəni xəstəliklərə qarşı qoruyur. Xolesterol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur. Nar bağırsaq parazitlərinin düşmənidir ishalın qarşısını alır. Turş nar isə mədə yanmalarına qarşı faydalıdır boğaz ağrılarına və ağ ciyərlərə xeyri var. Öskürəyə də yaxşı təsir edir.Suyu pərdəsi ilə birlikdə çıxarılıb bal ilə birlikdə konsistensiyasına gələnə qədər bişirilib diş ətlərinə sürtüldüyündə diş əti xəstəliyinə yaxşı təsir göstərir. Dəri infeksiyalarını da yox edə bilir. Lakin bəzən mədədə və qaz əmələ gətirdiyi üçün hərarıti olanlara yaxşı təsir etməyəcəyi bildirilir. Kiçik uşaqların ve hamilələrin çox istifadə etməməsi tövsiyyə olunur.
Etiketlər: təsir, yaxşı, qarşı, qoruyur, birlikdə, stəkan, yaşıl, gələnə, yanmalarına, konsistensiyasına, qədər, bişirilib, qarşısını, ətlərinə, faydalıdır, çıxarılıb, ciyərlərə, Öskürəyə, sürtüldüyündə
BİZİ İZLƏYİN